Polis polkovniki Müşfiq Rəhimovun 7 milyonu necə batıb?

05 sentyabr 2018
Polis polkovniki Müşfiq Rəhimovun 7 milyonu necə batıb?Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat və İmtahan şöbəsinin rəis müavini, polis polkovniki Müşfiq Rəhimovun adı mətbuatda vaxtaşırı hallanır

Düzdür, əvvəlki illərə nisbətən Rəhimovun adına saytlarda az rast gəlinir. Bunun da səbəbi Müşfiq Rəhimovun jurnalistlərlə “dostluq” etməsidir. M.Rəhimov işini sağlama alıb. Belə ki, özünə potensial təhlükə mənbəyi kimi gördüyü medianı xeyli zərərsizləşdirib. O, ölkənin ən aparıcı qəzet, sayt və telekanallarının rəhbərliyi ilə yaxşı münasibətlər qurub. Kiminə bahalı avtomobil nömrələri bağışlayır, bir başqasının yaxınına sürücülük vəsiqəsi alıb verir, digərinin cibinə xərclik qoyur və s. Beləcə, adam dövranını sürdürür.


Ona görə də mətbuatın az-az hədəfinə gəlir. Amma o, bütün mətbuatı susdura, dilini-ağzını bağlaya bilməyib. Ara-sıra M.Rəhimov haqda məlumatlar dərc olunur. Növbəti belə məlumat AzEuroNews.com-a daxil olub. Etibarlı mənbənin saytımıza bildirdiyinə görə, Müşfiq Rəhimov bir neçə ay öncə küllü miqdarda ziyana düşüb. Onun 7 milyon dollarının batdığı deyilir. Birdən kimsə polis məmurunda bu qədər pul hardandı deyə, sadəlövh sual verər. Müşfiq müəllim BDYPİ-nin ən çox korrupsiya və rüşvətə uğramış idarəsinin rəisidi. Onun gündəlik fırlatdığı pulun, daha doğrusu, aldığı rüşvətin ən azı bir neçə yüz min manat olduğuna dair iddialar var. Ona görə də bu qədər pul Müşfiq Rəhimovda da olmayıb, kimdə olacaq?! Özü də adam neçə illərdi bu idarənin rəisi müavinidi. Burdan qazandığı pullarla (daha doğrusu rüşvətlə) özünə başqa işlər də qurub. M.Rəhimovun xeyli sayda obyektlərinin olduğu deyilir. Bu haqda indiyədək mətbuatda çox yazılıb.

M.Rəhimov daha çox pul qazanmaq üçün növbəti dəfə investisiya yatırmaq istəyərkən, oxu daşa dəyib, pis ilişib. AzEuroNews.com-a daxil olmuş məlumatda bildirilir ki, Müşfiq Rəhimov “Pokrovka Məhərəm” kimi tanınan iş adamın Məhərrəm Quliyevə 7 milyon dollar pul verərək Moskvada şərikli biznes qurmaq istəyirmiş. Məhərrəmin bu ilin mart ayında Moskvada Rusiya polisi tərəfindən gözlənilmədən həbs edilməsi hər şeyi alt-üst edib. Məhərrəm sərbəst buraxıldıqdan sonra Müşfiq Rəhimova deyib ki, ondan və başqalarından aldığı pulları Moskva hüquq-mühafizə orqanları qeyri-rəsmi müsadirə edib. Deyilənə görə, Məhərrəm Azərbaycandan xeyli sayda adamdan iş görmək adıyla küllü miqdarda pul alıbmış. Müşfiq Rəhimovun Moskva ətrafında tikinti biznesinə girmək üçün “Pokpovka Məhərrəm”ə bu məbləğdə pul verdiyi deyilir.

Bəs əslən Şəmkirdən olan Məhərrəm Quliyevlə Müşfiq Rəhimovu nə birləşdirir? Məlumdur ki, “Pokrovka Məhərrəm” Moskva şəhərindəki “Fud Siti” topdansatış bazarının işlətməçisi olub. Ona vaxtilə Moskvada mərhum Rövşən Lənkaranskinin himayədarlıq etməsi kimsəyə sirr deyil. Müşfiq Rəhimov da Lənkəranski ilə yaxın olublar (Hər ikisi lənkəranlıdır-red.). Məhərrəmlə də bu xətt vasitəsilə tanış olublar.

İndi Rövşən Lənkaranski yoxdur, Məhərrəm Quliyevin himayədarları da dəyişib. Üstəlik adam həbs edilib, buraxılıb. Ona görə də Müşfiq Rəhimovun 7 milyon dollarını rahatca “fırlada” bilib.

Bir başqa mənbənin məlumatına görə isə M.Rəhimov pulunu geri almaq üçün “Pokrovka Məhərrəm”ə müxtəlif kanallarla təsir etmək üçün fəaliyyətə keçib. Onun əsas gümanı oğru dünyasının avtoritetlərinə çatır. Lakin bir vaxtlar dostluq etdiyi avtoritetlərin hazırda öz aləmlərində mövqeləri zəiflədiyi üçün polkovnikin bu cəhdlərinin boşa çıxdığı deyilir.

Mövzunu davam etdirəcəyik.

Yazıda adları keçən şəxslərin mövqeyini verməyə hazırıq.
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook