Kim Çen In Trampa yeni mesaj göndərdi

06 sentyabr 2018
Kim Çen In Trampa yeni mesaj göndərdi
Şimali Koreya lideri Kim Çen In onunla görüşən Cənubi Koreya prezidentinin xüsusi elçisindən ABŞ rəhbərliyinə mesaj çatdırmasını istəyib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Şimali Koreya lideri ilə görüşdən sonra xüsusi elçi Kim Çen Inın Vaşinqtonun mövqeyilə razılaşmadığını deyib. Çen Ina görə, Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesində heç bir irəliləyişin olmamasına dair ABŞ-ın qiymətləndirməsi yanlışdır. Çünki Phunqeri nüvə poliqonunun tam sökülməsi Şimali Koreyanı yeni nüvə sınaqları keçirmək imkanından praktiki olaraq məhrum edib.

Bu mənada, Kim Çen Inın fikrincə, beynəlxalq ictimaiyyət Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində Pxenyanın atdığı addımları və səylərini tam qiymətləndirmir. Məsələ ilə bağlı narazılığının ABŞ rəhbərliyinə çatdırılmasını istəyən Kim Çen In bununla belə, yarımadada vəziyyətin nizamlanması prosesinin uğurla başa çatacağına və 2021-cı ilin yanvarında Donald Trampın ilk prezidentlik müddəti bitənədək, ABŞ-la Şimali Koreya arasındakı münasibətlrin normallaşacağına ümid etdiyini bildirib.

Kim Çen In onu da vurğulayıb ki, Koreya yarımadasında müharibə vəziyyətinin sona çatması barədə formal saziş imzalanmasını regionda ABŞ Silahlı Qüvvələrinin mövcudluğu ilə əlaqələndirmir.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook