“Qarabağ klanı”nın süqutu: Bakı Paşinyanı yola gətirir? – Gizlinlər...

07 sentyabr 2018
“Qarabağ klanı”nın süqutu: Bakı Paşinyanı yola gətirir? – Gizlinlər...
Üç günlük aprel müharibəsindən sonra hibrid savaşının başlanması, Ermənistanın psixoloji əzikliyi, daxili auditoriyadan səslənən etiraz şüarları Sərkisyan iqtidarını çökdürürdü. Bu, doğurdan da Serjin hakimiyyəti dövründə aldığı ən sarsıdıcı zərbə idi.
İrəvanda erməni analar övladlarının niyə Qarabağda ölməli olduğunu soruşurdular. Əgər “Artsax respublikası” varsa, qoy onun silahlı qüvvələri Azərbaycan ordusu ilə döyüşsün.
Elə həmin il 2016 Jirayr Sefilyanın silahlı qiyamı baş qaldırmışdı. Sefilyan Qarabağ müharibəsi zamanı Şuşa əlahiddə batalyonun komandiri olub.
O, aprel müharibəsindən həyəcanlı çıxışlar edərək Azərbaycanın daha böyük zərbələr vuracağının anonsunu verirdi. Bu proseslər Serj iqtidarının sonunu gətirən daxili faktorlar idi.
Çünki Qarabağda məğlubiyyət erməni ictimaiyyətini hökumətin üstünə qaldırmışdı, Azərbaycan isə aprel şəhidlərinin cənazələrini belə bayramla qarşılayırdı.
Bu psixoloji üstünlükdən sonra Sərksiyan iqtidarı növbəti xətanı xarici siyasətdə təkrarladı. Onun Avropa ilə bağladığı yeni müqavilələr Ermənistan “baharı”na səbəb oldu.
Moskvanın xoşuna gəlməyən strateji addımlar atması Serjin “qələmini qırdı”. Və tezliklə meydana sabiq siyasi məhbus, jurnalist Nikol Paşinyan çıxdı.
Onun liderliyi ilə başlanmış hərəkat günlərlə davam etdi və Sərksiyan hakimiyyəti süquta uğradı. Paşinyan sonra seçkiyə getdi və baş nazir oldu.
Köçəryan və Sərkisyandan fərqli olaraq, Paşinyan “səhra komandiri” olmamışdı, Qarabağda əli qana batmamışdı, onun Ermənistandakı “Qarabağ klanı” ilə əlaqəsi yox idi.
Əksinə, Köçəryan qısamüddətli həbs olundu. Ona görə də Paşinyanın baş nazir postunda Qarabağla bağlı çıxışları köhnə qvardiyanı narahat etməyə başlamışdı.
Köçəryanın “Paşinyan bəlkə də Azərbaycandan maliyyələşir” deməsi də çox ciddi siqnal idi. Sabiq prezidentin bu ismarışı sülhə hazırlıq eyhamı kimi qiymətləndirilir.
Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması və Azərbaycana qaytarılması, Laçın koridorunun açılması son vaxtlar çox müzakirə olunmaqdadır.
Dağlıq Qarabağın muxtariyyatının isə hansı ölkənin tərkibində həllini tapacağına aydınlıq gətirilmir. Belə görünür ki, çox ciddi şəkildə sülh planı hazırlanır və Paşinyan hakimiyyətinin danışıqlar üçün daha münasib olduğu hesab edilir.
Anaxeber.İnfo yazır ki, bu səbəbdən prezident İlham Əliyevin Ermənistanla bağlı çıxışının təhrif olunması ucbatından APA holdinqin bloklanması proseslərin tərkib hissəsi kimi qiymətləndirilir.
“Ermənistanı sarsıdacağıq” sözünün yerinə “Ermənistanı çökdürəcəyik” yazılması, üzr istənilib düzəliş olunmasına rəğmən holdinqin qapadılması ciddi bir mətləb idi.
Hərçənd ki, rəsmi Bakı Ermənistanın siyasi xəritədən silinəcəyi, çökəcəyi, hakimiyyət mediasının dəfələrlə düşmən ölkənin məhv olacağı haqda çıxışları olmuşdu.
Amma prezidentin çıxışının danışıqlar prosesinin bu kontekstində təhrif edilməsi bağışlanmaz səhv kimi dəyərləndirildi. Artıq Gürcüstan Azərbaycana və Ermənistana vasitəçilik təklif edib.
Bu təklif müsbətdir. Rusiyadan fərqli olaraq Gürcüstan Cənubi Qafqazda həqiqi sülhdə və 3 ölkə arasında əməkdaşlığın genişlənməsində maraqlıdır.
İkincisi, Gürcüstan öz təcrübəsindən çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü prinsipindən çıxış edəcək.
Üçüncüsü, Nikol Paşinyan jurnalist olduğu illərdə tez-tez Tiflisdə müxtəlif toplantılarda olub, onun dostluq etdiyi gürcülərin Azərbaycanda da dostları var.
Dördüncüsü, Gürcüstanın vasitəçilik təşəbbüsü Rusiyanın təsirini azaltmağa çalışan Paşinyanın da maraqlarına cavab verir.
Gürcüstanın vasitəçiliyi ABŞ və Avropa Birliyinin dəstəyini qazanacaq və Cənubi Qafqazın bütöv halında Qərbə interqsiyasını gücləndirə bilər. Və yenə bir maneə var: Gürcüstanın vasitəçiliyinin əleyhinə olan iki güc var: Kreml və “Qarabağ klanı”...
Paşinyan 4 aydır ki, hakimiyyətindən daha çox köhnə problemlərini həll etmək istifadə edir.
Ona əsas rəqib kimi keçmiş prezidentlər Köçəryan və Sərkisyan, həmçinin Qarabağdakı seperatçıların lideri Bakoo Saakyan kimi görsənsə də, əslində Paşinyan üçün kölgədə qalan və toxuna bilmədiyi çox böyük bir rəqib var.
Prezident Armen Sarkisyandan söhbət gedir. Son zamanlar baş nazirin əleyhdarları prezidentin ətrafında cəmləşməyə başlayıb.
Ermənilər indiki hökumətlə keçmiş hökumətlərin savaş dövrünü yaşayırlar. Kimin qalib gələcəyi isə qeyri-müəyyəndir. Çünki bir qrup Kremldən, bir qrup isə “Ağ Ev”dən dəstək alır...
Xəbəriniz olsun

13.11.2018 - Azərbaycana yadplanetlilərin gəmisi enib? - Foto

13.11.2018 - “Azərbaycanda əməkhaqları çox aşağıdır” - Komitə sədrindən gözlənilməz açıqlama

13.11.2018 - Ərdoğan: “Camal Qaşıqçı öldürülən zaman qeydə alınan səs yazıları dəhşətlidir”

13.11.2018 - Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı - Məhkəmə işi

13.11.2018 - Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı

12.11.2018 - Daxili İşlər Nazirliyi Şabranda ruhi xəstəni döyüb öldürən “cinçıxardanların” fotosunu yaydı

12.11.2018 - Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktik ...

12.11.2018 - Akim Bədəlovun Dövlət Agentliyində “alternativsiz” korrupsiya projeləri

12.11.2018 - Binəqədidə İlqar Süleymanov kabusu: müavin başçıya hökm edir?

11.11.2018 - “ZAMİRƏDƏN SONRA HƏDƏF ANAR MƏMMƏDOVDUR” – Sensasiyalı açıqlama

11.11.2018 - Əli Abbasovun oğlu, Etibar Pirverdiyevin isə kürkəninin Londonda villa və şirkəti üzə çıxdı - FOTOLAR

11.11.2018 - Abşeronlu gənclər Bursada bayraq yürüşü keçirdilər - FOTO

10.11.2018 - Ülkü Ocaqları Azərbaycan şöbəsi Bakıda Qazi Atatürkün heykəli qarşısında anım törəni keçirtdilər - FOTO

Facebook