Deputat İqbal Məmmədovun “mənzil qalmaqalı” böyüyür – GİLEY

07 sentyabr 2018
Deputat İqbal Məmmədovun “mənzil qalmaqalı” böyüyür – GİLEY
Tezadlar.az-a Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllədəki 4 saylı yaşayış binasının sakinləri – Məmmədov Şakir Fərman oğlu və Məmmədov Əli-Ağa Məmməd Həsən oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respulikasının Baş Naziri cənab Novruz Məmmədova, Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədova, Azərbaycan Respulikasının ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə Hüquq Şurasının üzvü cənab Ramiz Rzayevə və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi cənab Əhməd Əhmədova ünvanlı müraciəti daxil olub.

Müraciətdə deyilir:

“Hörmətli möhtərəm Prezident!

Hörmətli cənablar!

Biz – “Sahil-D Kompani” MMC-nin Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə ünvanında inşa etdiyi 24 mərtəbəli, 4 saylı yaşayış binasının sakinləri – Məmmədov Şakir Fərman oğlu (mənzil 80) və Məmmədov Əli-Ağa Məmməd Həsən oğlu (mənzil 74) dəyərli vaxtınızı aldığımız üçün əvvəlcədən üzr istəyirik. Bu gün Milli Məclisdə oturan, xalqın ona göstərdiyi etimadı doğrultmaq üçün gecə-gündüz çalışaraq insanların problemlərini həll etmək əvəzinə, öz mənafeyini xalqın, dövlətin mənafeyindən üstün tutaraq, millət vəkili vəsiqəsindən sui-istifadə edərək bizləri, halal zəhmətimizlə aldığımız mənzillərimizi əlimizdən almağa çalışan Məmmədov İqbal Nəriman oğlu haqqında sizə müraciət etmək məcburiyyətində qoyub. Belə ki, biz yuxarıda qeyd olunan mənzillərin sahibləri Məmmədov İqbal Nəriman oğlu tərəfindən təhdid və təhqirlərə məruz qalmışıq. O, əvvəlcə Xətai rayon Məhkəməsinə müraciət edərək bizi öz mənzillərimizdən çıxarmaq istəmişdir. Xətai rayon Məhkəməsinin hakimi Səadət Səlimovanın qanuni çıxardığı Qətnaməni heçə sayaraq, heç bir aidiyyəti olmayan Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Bu dəfə Nərimanov rayon Məhkəməsinin köməkliyi ilə bizim mənzillərdən çıxarılmağımız barədə Qətnamə əldə etmişdir. Qeyd etmək istəyirik ki, biz mənzilləri “Sahil-D Kompani” MMC-nin inşa etdiyi binadan almışıq, o isə mənzilləri “STS” MMC-dən aldığı halda, necə olur ki, bizim mənzillərə iddia edir? O, getsin öz məsələsini “STS” MMC ilə həll et, bizimlə nə işi var. Necə ki, bu barədə Xətai rayon Məhkəməsinin Qətnaməsi vardır.

Biz Nərimanov rayon Məhkəməsinin çıxardığı 2(005)-5266/2017 saylı, 5 sentyabr 2017-ci il tarixli Qətnaməsindən apellyasiya şikayəti verdik və Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrlik etdiyi məhkəmə heyəti iddiamızı təmin edərək, 2(103)-566/2018 saylı, 1 mart 2018-ci il tarixli Qətnamə çıxardı. Millət vəkili İqbal Məmmədov iddiasından əl çəkməyərək bizi Ali Məhkəməyə verib. Hal-hazırda iş Ali Məhkəmənin hakimi Əhməd Əhmədovun icraatındadır. Onu da qeyd edək ki, İqbal Məmmədov əvvəlcə 3 mənzilə iddia edirdisə, indi bizə məlum olmayan hansısa sehirli əlin köməkliyi ilə Əliyev Sərdar Məmməd oğluna məxsus 88 saylı mənzildən imtina edir. Soruşulur, necə olur o, əvvəlcə 3 mənzilə iddia etdiyi halda, indi 2 mənzilə iddia edir? Deməli, burada mənzili yoxdur ki, rahatca bir mənzildən imtina edir. Onun gücü yalnız sadə vətəndaşlara çatır?!

Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, xalqın ona göstərdiyi etimaddan sui-istifadə edən, insanları incitməklə qanunlarımızın və dövlətimizin yeritdiyi siyasətin əksinə gedən millət vəkili Məmmədov İqbal Nəriman oğlu barədə ciddi tədbir görmənizi sizdən xahiş edirik”.

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook