“Paşinyan anlayır ki, Rusiya onu devirəcək…”

11 sentyabr 2018
“Paşinyan anlayır ki, Rusiya onu devirəcək…”
“Ermənistan baş nazirinin Rusiya səfərinin nəticəsiz başa çatdığını düşünürəm. Paşinyan anlayır ki, Rusiya onu devirəcək. Bu səbəbdən Rusiya ilə münasibətləri nizama salmağa, Kremlə itaət göstərməyə getmişdi. Hətta Rusiya prezidenti Putinə yaltaqlanaraq bildirdi ki, baxın görün, qısa vaxtda neçənci görüşümüzdür, bizim hətta xüsusi insani münasibətlərimiz də var. Paşinyan belə deyəndə Putinin çöhrəsi dəyişmədi”.

Bu fikirləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfərini şərh edərkən deyib.

Politoloq xatırladıb ki, əslində Paşinyana ciddi ismarıclar edilib: “Onu məcbur etdilər ki, general Yuri Xaçaturovu həbsdən buraxsın. Sonra məcbur etdilər, sabiq prezident Robert Köçəryanı azadlığa buraxdı. Daha sonra Prezident Putin Robert Köçəryana zəng vuraraq onun ad gününü təbrik etdi. Bununla Paşinyana “sən mənim dostuma toxunsan, ciyərini çıxararam” mesajı verildi. Bundan əvvəl Kremli Paşinyana bəzi işarələr vurmuşdu. Məsələn, Şirak vilayətinin Panik kəndində rus hərbçilər avtomatdan atəş açdılar. Paşinyana mesaj verildi ki, sən xalqa çox güvənirsən, amma biz xalqı sənə qarşı çevirə və səni aşıra bilərik.

İndi Paşinyan dərk edir ki, mövqeyi laxlayır. Odur ki, gedib ağası Rusiyanın könlünü almağa. Ancaq Moskva göz yaşlarına inanmır. Moskvaya itaət lazımdır. İtaət üçün gərək Rusiyaya sadiq dövlət başçısı olasan. Xalqına söykənən erməni hakimiyyəti Rusiya istəmir”.

Zərdüşt Əlizadə Nikol Paşinyanın Moskvada “bir-birimizin daxili işlərinə qarışmayaq” ifadəsini işlətməsini də uğursuz gediş adlandırıb: “Bu, gülünc ifadədir. Əslində Paşinyanın dediyi bu fikir beynəlxalq hüququn müddəasıdır. Amma beynəlxalq hüququn müddəaları dövlətlərin gücündən asılıdır. ABŞ dünyada bütün ölkələrin işlərinə qarışır. Məsələn, Suriya hökumətinin dəvəti olmadan orada qoşun yerləşdirib və deyir ki, çıxmıram. Əfqanıstana BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan daxil oldu. Eləcə də İraqa girdi, Yuqoslaviyanı bombaladı. ABŞ bütün dünyada seçkilərə qarışır, sonra da şivən salır ki, Rusiya onun seçkilərinə müdaxilə edib.

Paşinyanın “bir-birimizin daxili işlərinə qarışmamaq” bəyanatı gülüncdür. Ermənistan Rusiyanın daxili işlərinə qarışması üçün hansı imkanlara malikdir? Rusiyada yaşayan 2 milyona yaxın erməni rus hakimiyyətinin xidmətində durub hökumətə yalvarır ki, bizim pul qazanmağımıza mane olma. Lazımdırsa, biz Ermənistanı da, Qarabağı da satarıq, təki bizim pul qazanmağımıza mane olmayasan. Samvel Karapetiyan və digər erməni milyonçular var ki, onlar ancaq rus hakimiyyətinin mərhəmətindən istifadə edərək nələrsə qoparıblar. Onlar rusların xoşuna gəlməsələr əllərindən hər şey alına bilər.

Z. Əlizadənin sözlərinə görə, Ermənistanın Rusiyanın daxili işlərinə qarışmasına heç bir imkanı yoxdur, Rusiyanın Ermənistanın daxili işlərinə qarışması üçün 100 faiz imkanı var: “Hərbi bazasından tutmuş, erməni iqtisadiyyatındakı payı, erməni cəmiyyəti daxilindəki beşinci “kolon”u, casus şəbəkəsi, sərhədlərin qorunmasına qədər hər cür imkanlara malikdir”.

Politoloq qeyd edib ki, Ermənistanın qərbə yönəlməsi nağıldır: “Paşinyanın bütün nazirləri qərbyönlü olsa belə, indiki siyasi sistem daxilində heç nə edə bilməz. Bunun üçün Paşinyan xalqa söykənərək sistemi dəyişməlidir. Hansı xalqa söykənir? Beyni tamamilə çaşmış, səhv düşünən xalqa? Bu xalq “Arsax” bağırır. Nə qədər ki, “Arsax, Arsax” deyə qışqırırlar, Ermənistan qəfəsdən çıxa bilməyəcək”.
Xəbəriniz olsun

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

Facebook