Ev sahibinin azyaşlı övladı oğru ilə əlbir oldu – Mənzildən 20 minlik qızıl oğurlandı

11 sentyabr 2018
Ev sahibinin azyaşlı övladı oğru ilə əlbir oldu – Mənzildən 20 minlik qızıl oğurlandıCəlilabad rayonunda evdən iki həftə müddətində qızıl əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən daxil olan məlumata görə, rayon sakini Arif İbişov rayon polis şöbəsinə müraciət edərək yaşadığı Göytəpə şəhərindəki evindən avqustun 22-dən sentyabrın 4-dək olan müddətdə 20.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Salmanov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Araşdırma zamanı müəyyən edilib ki, Ş.Salmanova qeyd edilən cinayəti törətməkdə ev sahibinin azyaşlı oğlu yaxından köməklik göstərib. Belə ki, o, Ş.Salmanova evdə olmadıqları vaxtı və qızılların yerini söyləyib. Həmçinin istintaq zamanı müəyyən edilib ki, ev sahibinin oğlu hadisə günü mənzilin pəncərələrindən birini də qəsdən açıq saxlayaraq Ş.Salmaovun evə daxil olması üçün şərait yaradıb. Saxlanılan şəxs qızılları əldə edəndən sonra Bakı şəhərinə gətirərək satıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook