Prezident komandasındakı pislər: deputatın “işarəni Qobustandan gözləyin” mesajı kimlərəydi?

14 sentyabr 2018
Prezident komandasındakı pislər: deputatın “işarəni Qobustandan gözləyin” mesajı kimlərəydi?
“Prezidentin komandasında vicdanla, dövlətə, millətə bağlı insanlar da var. Amma pislər də var. O cür adamlar düşünməlidirlər ki, yerləri Qobustan olacaq”.
Bu fikirləri deputat Fəzail Ağamalı müsahibəsində səsləndirib. Ölkənin yollarının tikintisində maxinasiyalardan söz açan deputat prezidentin komandasında bəzilərinə mesaj verib.
O, Qobustanı işarə verməklə ömürlük məhkumların həbsxanasını nəzərdə tutub: “Bir də görürsən, dünənə kimi adi adam olan, sadə şalvarda, köynəkdə gəzən məmur vəzifəyə gələn kimi on milyonluq, iyirmi milyonluq mülk aldı. Yaxud da dünənə kimi qapqara kişi idi, bu gün ağappaq oldu. Ay balam, necə olur bu?!”.
Dövlət büdcəsini talayan hər kəsin yeri Qobustan olacaq. Mən həmişə arzusundayam ki, neqativ hallara son qoyulsun, biz müsbət işlərimiz, uğurlarımız barədə müzakirələr aparaq.
İmam Hüseyn qılıncından betər tamaha “yox” deyək. Ölkə prezidenti bütün həyatını ölkənin firavanlığı yolunda qoyub. Fikirləşirsən ki, adam daha nə etməlidir?!
Prezidentin komandasında vicdanla, dövlətə, millətə bağlı insanlar da var. Amma pislər də var. O cür adamlar da düşünməlidirlər ki, yerləri Qobustan olacaq”.
F.Ağamalı çıxışında açıq şəkildə bildirib ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi bunlardan nəticə çıxarmalıdır. Elə etməlidirlər ki, Ziya Məmmədovun səhvləri təkrarlanmasın.
Amma prezidentin komandasında pislik edənlər təkcə Azərbaycan yollarından milyonlar qazanan korrupsioner məmurlar deyil. Onlar şaxələnmiş şəkildə bütün sektorları əhatə ediblər və rüşvət xərçəng kimi yayılıb.
İstərsə gömrük, istərsə səhiyyə və təhsil sahələrində pis məmurlar var. Məsələnin gerçək mahiyyəti isə F.Ağamalının, iqtidara yaxın deputatın dilindən komanda üzvlərinə eyhamdır.
O, daha yüksək ranqlı məmurlara ismarış göndərmiş olub. Bu xüsusda konkret adlar çəkməyə ehtiyac da yoxdur. Hakim komanda daxilində kifayət qədər narazılıq yaratmış kadrlar uzaqlaşdırılsa da, qalanlar az deyillər.
Onların bu postlarda uzun zaman qalacağına gözləntilər yoxdur. İndi 2003 deyil və prezident müstəqil siyasət yürütməkdə yetərincə təcrübəlidir, siyasi iradəyə malikdir.
Odur ki, 15 il əvvəl bəzi nazirlər siyasi şantaja əl ataraq öz klanlarını qorumaq naminə müxtəlif spekulyasiyalardan istifadə edir, media, müxalif qruplar, QHT bu oyunların alətiə çevrilirdisə, indi total nəzarət var və prezident daxili siyasətdə onu qane etməyənləri asanlıqla sərəncama götürür. Bu baxımdan hakimiyyətdəki bəzi toxunulmaz təəssüratı yaradan kadrların da süqutu yaxınlaşır.
Anaxeber.info məlumat verir ki, vaxtilə Eldar Mahmudov, Ziya Məmmədov, Əli Həsənov, Səlim Müslümov, Fazil Məmmədov kimi məmurların tərpədilməsi inandırıcı görünmürdü.
Bu gün isə MTN kimi struktur ləğv olunubsa, generalları həbsə göndərilibsə, digər nazirlərin və komitə sədrlərinin vəzifəsindən azad olunmasında prezident üçün maneələr yoxdur.
F.Ağamalının Qobustanı göstərərək hər bir məmurun mənimsədiyi pullara görə hesabat verəcəyinə, istintaqa cəlb olunacağına eyham vurması çox ciddi siqnaldır.
Bu, siyasi hakimiyyətin “mətbəxi”ndən gələn informasiyanın müsahibə şəklində ictimaiyyətə ötürülməsi kimi qiymətləndirilir. Xüsusən də yeni təyinat alanlar ölçülü olmalıdırlar.
Konkret olaraq Mikayıl Cabbarovla Səfər Mehdiyevin üzərində fokuslanmaq zəruridir. Çünki vergi və gömrük sistemləri iqtisadiyyatın, büdcənin onurğa sütunlarıdır.
Bu sahələrdə baş verənlər, iş adamlarının bürokratik əngəllərlə qarşılaşması, “divan tutulması” ciddi narazılıq yaradırdı. Büdcədən də milyardların gizlədilməsi faktları vardı.
Hakimiyyət bu mənimsəmələrin büdcəyə vurduğu ziyanı hesablamağa başlayanda hər iki qurumda rəhbərlərin dəyişdirilməsi qənaətinə gəldi.
Kənd təsərrüfatı naziri Heydər Əsədovla əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müsümov təyinat alarkən islahatçılar kimi təqdim olunmuşdular.
Amma zamanla ortaya elə korrupsiya faktları, elə cinayətlər çıxdı ki, hər iki nazirin əvvəlkilərə rəhmət oxutduğu məlum oldu. Demə, Füzuli Ələkbərovla İsmət Abbasov daha insaflı imişlər...
Bu 5 il ərzində hər iki sahədə dəyişən nazirlər Sahil Babayevlə İnam Kərimovun da üzərinə ciddi məsuliyyət qoyur. F.Ağamalının “işarəni Qobustandan gözləyin” tipli açıqlaması birbaşa nazirlərə və məmurlara olan ağır təhdiddir...
Anaxeber.İnfo
Xəbəriniz olsun

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

17.10.2018 - Trampın müşaviri İlham Əliyevlə Bakıda nədən danışacaq? - Pərdəarxası...

16.10.2018 - Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

16.10.2018 - Paşinyan istefa verdi və...üzr istədi

Facebook