“Nar”-dan Bilik günü münasibətilə müsabiqə

15 sentyabr 2018
“Nar”-dan Bilik günü  münasibətilə müsabiqə
“Nar” 15 sentyabr – Bilik günü münasibətilə daha bir müsabiqə keçirir. “Nar” abunəçiləri internet üzərindən keçirilən “Məktəb illərini yada sal” müsabiqəsində iştirak etməklə, həm öz biliklərini sınaya, həm də qalib gələrək internet bonusları və hədiyyələr qazana bilərlər. Müsabiqə sentyabrın 14-ü saat 18:00-da başlayacaq və 16 sentyabr saat 23:59-da yekunlaşacaq.

“Nar”-ın sosial şəbəkə hesablarında keçirilən müsabiqəsində digər mobil operatorların abunəçiləri də iştirak edə bilər. “Nar” abunəçisi müsabiqənin qalibi olduğu təqdirdə, 100 MB qazanacaq. Maksimum nəticə göstərən ilk 20 nəfərə isə mobil operator tərəfindən əlavə olaraq xüsusi hədiyyələr veriləcək.

Nəticələr 17 sentyabrda elan olunacaq və iştirakçılara elə həmin gün SMS göndəriləcək. Müsabiqədə bu keçid vasitəsilə iştirak etmək olar: https://www.nar.az/mekteb-illeri.html

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbəriniz olsun

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

18.11.2018 - Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları məhv etdilər

18.11.2018 - İcra başçısına 70 min rüşvət verən şəxs danışdı: "İsmayıl Vəliyevin imzası ilə..."

18.11.2018 - "Əli Kərimli və AXCP üzvlərinin işi məhkəməyə göndəriləcək" - Paytaxt polisi rəsmi məlumat yaydı

Facebook