Gürcüstanın xüsusi xidmət orqanlarının keçmiş başçısı Gürcüstanda və... Azərbaycanda gizli laboratoriyalar barədə

16 sentyabr 2018
Gürcüstanın xüsusi xidmət orqanlarının keçmiş başçısı Gürcüstanda və... Azərbaycanda gizli laboratoriyalar barədə
Gürcüstanın keçmiş dövlət təhlükəsizlik naziri İqor Giorqadze “Russia Today”ə verdiyi müsahibədə ekspertləri Tbilisidəki Amerika laboratoriyasının faliyyəti ilə bağlı sənədləri öyrənməyə çağırıb. Bundan öncə o, 2011-ci ildə açılmış Luqar adına Mərkəzdə ABŞ-ın insanlar üzərində təcrübələr aparması və bakterioloji silahı sınaqdan keçirməsi hallarını sübuta yetirə biləcək sənədləri dərc etmişdi.

Giorqadzenin sözlərinə görə, onun əlinə rəsmi olaraq müalicə məqsədləri üçün yaradılmış qurumun fəaliyyətini ifşa edən 100 min səhifəlik sənədlər toplusu keçib. Həmin sənədlərdə Giorqadze və köməkçiləri bir gün içində 24 nəfərin ölümü barədə məlumatlar aşkarlayıblar. Eyni zamanda, qadağan edilmiş silahlara patentlər tapılıb ki, bunların arasında bioloji aktiv materialın yerləşdirilə biləcəyi sursat da var. Giorqadze vurğulayıb ki, yaranmış vəziyyətə diqqət cəlb etməyə və beynəlxalq araşdırmanın aparılmasına nail olmağa çalışır.

Müsahibəsində Giorqadze bildirib ki, laboratoriya rəsmən 2011-ci ildə açılsa da, 2004-cü ildən qurulub. Onun açılışında Gürcüstan hakimiyyətinin nümayəndələri və ABŞ müdafiə nazirinin müavini iştirak ediblər. Adəti üzrə, bu cür laboratoriyalar Hərbi təhlükənin ixtisarı üzrə Agentliyin (Defense Threat Reduction Agency, Kütləvi qırğın silahları ilə mübarizə üzrə ABŞ Müdafiə Nazirliyinin idarəsi – red.) bayrağı altında qurulur. Bu, Pentaqonun struktur bölməsidir. Lap əvvəldən həmin laboratoriyanın yaradılması, açılışı və fəaliyyəti ilə bağölı müxtəlif şayiələr dolaşırdı, yerli miqyasda araşdırmalar aparılırdı. Yaxınlıqda yaşamış və yaşayan insanlarda həyəcan və təhlükə hissi doğurmuşdu. Laboratoriya keçmiş Rusiya hərbi bazasının ərazisində - Tbilisidən 17 kilometr aralıda Alekseyevka adlanan kənddə yerləşir.

“Russia Today”in “2013-cü ildə Riçard Luqar Mərkəzinin bağlanması və Gürcüstan hökumətinin tabeliyinə keçməsi” ilə bağlı sualına cavab olaraq Giorqadze deyib ki, bu məlumat o qədər də səhih deyil. Onun sözlərinə görə, yeni hökumətin fəaliyyətə başlamasından sonra ilk addımlardan biri laboratoriyanın ABŞ-ın yurisdiksiyasından çıxarılaraq Gürcüstan Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi olub. Səbəb isə əhalinin narahatlığı idi. 2018-ci ildən başlayaraq laboratoriyanın maliyyələşdirilməsi də Gürcüstan tərəfinə keçəcək.

Keçmiş nazir qeyd edib ki, hazırda laboratoriyada çalışan 50 nəfərdən cəmi 6-sı ABŞ mütəxəssisləridir, yerdə qalanları gürcüstanlılardır.

Giorqadze əlavə edib ki, 1990-cı illərdə analoji laboratoriya Rusiyada da fəaliyyət göstərib və prezident Putinin hakimiyyətə gəlməsindən dərhal sonra bağlanıb. “O ki qaldı postsovet məkanına... Bu sirr deyil, açlq mənbələrdə də var. Belə laboratoriyalar Ermənistanda, Azərbaycanda, Qazaxıstanda mövcuddur”, - Giorqadze deyib.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook