Sabirabadda kənd icra nümayəndəsi maşınla piyadanı vuraraq öldürüb

16 sentyabr 2018
Sabirabadda kənd icra nümayəndəsi maşınla piyadanı vuraraq öldürüb
Bu gün günorta saatlarında Sabirabad rayonunun Zəngənə kəndindən keçən avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi bsş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, rayonun Yolçubəyli kəndinin icra nümayəndəsi - 62 yaşlı Sadəli Məhyəddin oğlu Şahlarov idarə etdiyi “Mercedes 190” markalı 90 FP 497 dövlət nömrə nişanlı minik maşını ilə Zəngənə kəndinin 45 yaşlı Hakim Ələddin oğlu Məhərrəmovu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

* * *18:22

Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Zəngənə kəndində qeydə alınıb.

Sabirabad sakini, 1956-cı il təvəllüdlü Şahlarov Sadəli Məhyəddin oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadanı vurub. Nəticədə piyada hadisə yerində ölüb. Onun kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook