GÖMRÜK KOMİTƏSİNDƏ NÖVBƏTİ ŞOK DƏYİŞİKLİK – Heydərovun yeznəsi işdən uzaqlaşdırıldı!

17 sentyabr 2018
GÖMRÜK KOMİTƏSİNDƏ NÖVBƏTİ ŞOK DƏYİŞİKLİK – Heydərovun yeznəsi işdən uzaqlaşdırıldı!Dövlət Gömrük Komitəsində daha bir sensasiyalı dəyişiklik baş verib.

Savash.org xəbər verir ki, “azpolitika.info”ya daxil olan məlumata görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın kadrların, daha dəqiqi, onun komandasının Gömrük Komitəsindən uzaqlaşdırılması prosesi son günlər daha da sürətlənib.

Belə ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu dəfə cənab Heydərovun Komitədəki ən yaxın qohumunu – bacısının həyat yoldaşı Faiq Şahbazovu İnsan Resursları İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıb. Onun yerinə artıq təyinat da olub. S.Mehdiyev bu vəzifəni özünün tələbə yoldaşı olan Fərhad Babayevə həvalə edib.

Beləliklə, Dövlət Gömrük Komitəsinin “heydərovçu” komandadan təmizlənməsi prosesinin getdiyi bir daha təsdiqini tapmış olub. Siyasi müşahidəçilər Gömrük Komitəsinin yeni sədrinin bu siyasətini anlamaqda çətinlik çəkirlər. Məsələ ondadır ki, S.Mehdiyevin özü də uzun illər məhz Heydərov komandasının ağır çəkili üzvlərindən biri olub. Təsadüfi deyil ki, K.Heydərov gömrüyün “boz kardinalı” funksiyasını məhz ona həvalə etmişdi.

Bəzi məlumatlara görə, K.Heydərov Gömrük Komitəsinin sədri olmaq uğrundakı mübarizədə S.Mehdiyevi yox, Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovu dəstəklədiyindən Komitənin hazırki sədri keçmiş şefinə asi çıxıb…

Onu da xatırlatmaq yerinə düşər ki, Faiq Şahbazov Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə bir neçə ay əvvəl – ötən ilin dekabrında təyin olunmuşdu. Bundan əvvəl o, Vergilər Nazirliyinin İnsan Resursları Departamentinin baş direktoru vəzifəsində işləmişdi. Lakin Mikayıl Cabbarovun vergilər naziri təyinatından cəmi 1 gün əvvəl F.Şahbazov həmin vəzifədən istefa vermişdi.

Bundan sonra onu Gömrük Komitəsində işə götürmüşdülər.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook