Başçı işçisinin qızını söydü, əri gəldi, dava düşdü- Beyləqanda

17 sentyabr 2018
Başçı işçisinin qızını söydü, əri gəldi, dava düşdü- BeyləqandaBeyləqanın icra başçısı Vaqif Abdullayevin Təzəkənd sakinləri ilə keçirdiyi səyyar görüşdə, kəndin baxça müdirəsi Müjgan Quliyevanı zaldan qovduğu xəbəri yayılıb.

Savash.org xəbər verir ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olan bu hadisə barədə ilk məlumatı milliyol.az yazıb. Saytın yazdığına görə icra hakimi küçə söyüşləri ilə bağça müdirəsini təhqir edərək iclasdan qovub və bu, böyük qalmaqal yaradıb.

İddialara görə, icra başçısı səyyar görüşə restoranda nahar etdikdən sonra gedib və əhvalı fərqli olub. V.Abdullayev M.Quliyevanı aşağılamaq azmış kimi, vəzifəsindən azad edib.

Xəbər verilir ki, M.Quliyeva Beyləqan Rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri İlqar Quliyevin qızıdır.

V.Abdullayev M.Quliyevanı 1 ilə yaxındır Təzəkənd baxça müdiri təyin edibmiş.

İddialar səslənir ki, icra başçısı baxça müdirini vəzifəyə pulsuz təyin edib, amma dəfələrlə işçisi olan atası İ.Quliyevdən “şirinlik” istəyib.

Şöbə müdirinin ona 1000 manat verdiyi, bu məbləğin də icra başçısını qəzəbləndirdiyi deyilir.

M.Quliyevanın yerinə birinci müavini Telman Məstanovun bacısı gəlini Xanım Bayramovanı təyin edib. Yeni baxça müdirinin isə V.Abdullayevə 5 min manat hesab verdiyi iddia olunur.

Məlumatlar var ki, icra başçısının gənc xanım baxça müdirinə qarşı dediyi əxlaqdan kənar sözlər Təzəkənd sakinlərinin etirazına səbəb olub və bir çox vətəndaş səyyar görüş yerini tərk ediblər.

Müjgan xanımın həyat yoldaşı icra hakimiyyətinə gələrək icra başçısı ilə görüşmək istəsə də, Abdullayev görüşdən yayınıb.

Bundan sonra M.Quliyevanın həyat yoldaşı ilə qaynatası İ.Quliyev arasında İcra Hakimiyyəti binasında dava baş verdiyi bildirilir. Beyləqan RİH zənglərimizə cavab vermədi.
Xəbəriniz olsun

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

Facebook