Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19 sentyabr 2018
Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladıDövlət Gömrük Komitəsinə (DGK) gömrük əməkdaşının vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ölkə ərazisinə qanunsuz yollarla malların idxal olunmasında vasitəçilik etməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxil olan məlumat əsasında Komitənin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən Türkiyə Respublikasından Azərbaycan Respublikasına sərnişin daşınmasını həyata keçirən "Lüks İstanbul" firmasına məxsus "Mersedes Benz travego" markalı, 34 VY 3100 nömrə nişanlı sərnişin avtobusu Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda gömrük nəzarətini keçdikdən sonra saxlanılıb və təkrar gömrük nəzarətinə cəlb edilib:

"Yoxlama zamanı sərnişin avtobusunun yük yerində gömrük orqanlarında idxal olunması qeydə alınmayan "metal borular" adlı mallar aşkar olunub. Avtobusun sürücüsü Sağlam Yücel Receb oğlu ilə sorğu-sual aparılaraq müəyyən edilib ki, o, həmin "metal borular" adlı yükün gömrük postundan keçirilməsində köməklik göstərilməsi üçün "Qırmızı Körpü" gömrük postunun inspektoru Hüseynov Pərviz Bəhruz oğlu ilə sövdələşib və bunun müqabilində Pərviz Hüseynova 400 ABŞ dolları məbləğində pul verib və yoxlama nəticəsində fakt öz təsdiqini tapıb.

Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Hüseynov Pərviz Bəhruz oğlu dərhal tutduğu vəzifədən azad edilib və fakt üzrə müvafiq sənədlər tərtib olunaraq vəzifə səlahiyyətlərindən sui istifadə edən gömrük əməkdaşı barəsində xidməti araşdırmaya başlanılıb".
Xəbəriniz olsun

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

Facebook