“Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20 sentyabr 2018
“Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandıHəmişə rəqəmsal kanallarda müsabiqələri və yarışları ilə fərqlənən “Nar”-ın 15 sentyabr – Bilik günü münasibətilə keçirdiyi müsabiqə abunəçilər və sosial şəbəkə istifadəçilərinin rəğbəti ilə qarşılandı.
15 – 17 sentyabr tarixləri arasında keçirilmiş müsabiqədə iştirak edənlər suallara cavab verməklə həm məktəb illərini xatırladı, həm də internet bonusları və hədiyyələr qazandı.

https://www.nar.az/mekteb-illeri.html səhifəsində keçirilmiş müsabiqədə dörd min beş yüzdən çox insan iştirak edib. İştirakçıların hamısı Nar tərəfindən internet bonusları ilə mükafatlandırıldı. Maksimum nəticə göstərən ilk 20 nəfərə isə mobil operator tərəfindən əlavə olaraq hədiyyələr verildi. Yarışda orta iştirak müddəti 6 dəqiqə 43 saniyə olub.

“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbəriniz olsun

22.10.2018 - "Bank of Baku" qırmızı zolaqda: son 9 ayın nəticələrindən çıxan nəticə...

22.10.2018 - Qardaşların dövləti cinayəti və AQTA-nın şantajı Təhməzlini bitirir

22.10.2018 - Əflatun Amaşov:”Həmişə seçicilərimin yanındayam”

22.10.2018 - Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

22.10.2018 - Benzin ucuzlaşacaqmı? - Ekspertdən 5 suala cavab

22.10.2018 - Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı - Sensasion fakt

22.10.2018 - Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır - QİYMƏT

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

Facebook