Paşinyan bunu İLK DƏFƏ EDİR: saatlar sonra Qarabağda müharibə qərarı... - Gözlər Nyu-Yorkda

24 sentyabr 2018
Paşinyan bunu İLK DƏFƏ EDİR: saatlar sonra Qarabağda müharibə qərarı... - Gözlər Nyu-YorkdaBu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində görüşəcəklər. Elmar Məmmədyarov və Zöhrab Mnasakanyanın görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcək.

Savash.org publika.az-a istinadla xəbər verir ki, bu görüş Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk ciddi təmas hesab oluna bilər. Buna qədər iki ölkənin XİN rəhbərləri beynəlxalq tədbirlərdə ayaqüstü salamlaşmışdı. Qarabağ münaqişəsi Paşinyan hakimiyyəti dövründə ilk dəfə müzakirə masasına qaldırılacaq. Bu baxımdan, XİN rəhbərlərinin görüşü proseslərin hansı ssenari üzrə davam edəcəyini müəyyənləşdirəcək.

Azərbaycan münaqişənin yeganə həll variantının ərazilərin qaytarılmasından keçdiyini işğalçı ölkənin baş diplomatının diqqətinə çatdıracaq. Prezident İlham Əliyevin Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən iclasda çıxışı zamanı səsləndirdiyi “Qarabağ münaqişəsinin yeganə həll yolu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir” açıqlaması da Bakının mövqeyində sərt dayandığını və bugünkü görüşdə məhz bu prinsipin vurğulanacağını göstərir.

İşğalçı Ermənistanın mövqeyi də aşağı-yuxarı bəllidir. Xüsusilə Nikol Paşinyanın hakimiyyətə gələndən sonra “Qarabağ danışıqlarda tərəf olmalıdır” kimi absurd təklifləri İrəvanın niyyətini açıq edir. Bu, həm də danışıqlar prosesini ağırlaşdıran məqamdır.

Mümkündür ki, saatlar sonra baş tutacaq görüş ciddi nəticə verməyəcək və bu, ərazilərin azad olunması üçün hərbi yoldan başqa variantın qalmadığını təsdiqləyəcək. Azərbaycan Ordusunun bir neçə gün öncə keçirdiyi genişmiqyaslı təlimlər, cəbhədə hazır vəziyyətə gətirilməsi və s. hərbi addımlar da Bakının beynəlxalq hüquqa əsasən öz ərazilərində anti-terror əməliyyatına başlaya biləcəyi ehtimalını artırır. Məhz Nyu-Yorkdakı görüş prosesin dönüş nöqtəsi ola bilər.
Xəbəriniz olsun

16.10.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

16.10.2018 - Əbülfəz Məlikovu kim cəzalandırmaq istəyib: Silahlı basqın, aparılan 1 milyon...

16.10.2018 - Badamdarda son durum – Sürüşmə zonasının miqyası genişlənir

16.10.2018 - Elmar Vəliyevi ölümdən qurtaran polis danışdı

16.10.2018 - “Səni deyirlər”in ifaçısı Bakıya gəldi, ona mükafat veriləcək – Video

16.10.2018 - Baş həkim 34 yaşlı Dəmirovun ölümünə səbəb oldu - Foto

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

Facebook