“İnstagram”dakı tanışlıq bir ailənin məhvinə səbəbi oldu

25 sentyabr 2018
“İnstagram”dakı tanışlıq bir ailənin məhvinə səbəbi oldu
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirməkdə ittiham olunan 46 yaşlı Rəfail Feyziyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində polis əməkdaşı Mehman Vəliyev dindirilib. M.Vəliyev ifadəsində göstərib ki, hadisədən əvvəl R.Feyziyev polisə müraciət edərək özünün və həyat yoldaşının şantaj olunduğunu deyib. R.Feyziyevin şikayəti əsasında araşdırmanı polis əməkdaşı M.Vəliyev aparıb. Araşdırmalar zamanı R.Feyziyevin xanımı ilə internetdə tanış olan və danışan şəxs müəyyənləşdirilib. Lakin onun hərəkətlərinin şantaj olmadığı qənaətinə gəlinib və məsuliyyətə cəlb olunmayıb.

Polis əməkdaşı M.Vəliyev deyib ki, işi araşdıran müddətdə tərəfləri sakitləşdirməyə və səbrli olmağa dəvət edib. Məhkəmədə məlum olub ki, mərhum Rafət Feyziyevanın sosial şəbəkələrdə fotoşəkli paylaşılıb və onun müəyyən məbləğ qarşılığında intim əlaqədə olduğu göstərilib. Ünvan kimi isə yaşadığı ev göstərilib. İstintaq materiallarında mərhumun ayrı-ayrı şəxslərə “İnstagram”da danışdığı, bəziləri ilə hətta görüşdüyü də məlum olub.

Şahid qismində prosesdə mərhumun “İnstagram”da tanış olduğu, daha sonra isə görüşdüyü Hüseyn Vəliyev ifadə verib. Şahid ifadəsində ilk dəfə Rafət Feyziyevanın ona yazdığını göstərib: "Məndən Rövşən Rəsulovu tanıyıb-tanımadığımı soruşdu. Rövşən mənim iş yoldaşım olub. Dedi ki, Rövşən onu fotoları ilə şantaj edir. Mən məsləhət gördüm ki, “İnstagram”ı bağlasın”.

O da məlum olub ki, H.Vəliyev Rafət Feyziyevaya kömək edəcəyi adı ilə onunla yaxın münasibət qurub. Ailəli olan H.Vəliyev mərhumla görüşü özünün ikinci evində təşkil edib. Şahid tərəflərin suallarını cavablandırarkən R.Feyziyevanın şantaj edilməsindən xəbərsiz olduğunu deyib.

Daha sonra mərhumu fotoları ilə şantaj etməkdə adı hallanan Rövşən Rəsulov dindirilib. O ifadəsində R.Feyziyeva ilə “İnstagram”da tanış olduğunu, bir-birləri ilə sadəcə hal-əhval tutduqlarını, qadını ilk dəfə polis bölməsində görüşdüyünü göstərib: "İlk dəfə 2016-cı ildə danışığımız olub. Sonra yazmadı. Daha sonra yenə özü yazdı, yenə danışdıq. Sonra bir gün məni polisə çağırdılar. Orada məlum oldu ki, guya mən Rafəti şantaj etmişəm. Ona dedim ki, aç, həqiqəti danış. Yoldaşına dedim ki, sonuncu dəfə yeddi ay əvvəl danışmaşıq. Əgər kimsə Rafətin ev ünvanını yazıb, görüşdüyünü bildiribsə, elə ora gələn adamı tutub özündən soruşmaq olardı ki, nömrəni haradan alıb".

Şahid bildirib ki, mərhumla heç bir münasibəti olmayıb. Sadəcə hər ikisi bir-birinə foto göndərib. Məhkəmə istintaqı zamanı məlum olub ki, mərhum polisdə olarkən Rövşən Rəsulova “İnstagram”da mesaj yazmasının səbəbi kimi, qohumuna iş axtarmasını göstərib.

Qeyd edək ki, Rəfail Feyziyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, həyat yoldaşını namus üstündə öldürdüyünü deyib: “Oğlumuz, qızımız var. Amma bu yola düşdü. Kimlərsə gəlib mənim evimin qapısını döyüb. Arvadımın şəkilləri sosial şəbəkələrdə yayılmışdı. Mənə deyirdi ki, Rövşən adlı şəxs guya onu nəyəsə məcbur edir. Həmin şəxsi də polisə verdim. Daha sonra həmin şəxslə parkda görüşdüm. Mənə söylədi ki, get evdəki kompüterdə mənim şəkillərim var. Sonra gedib evdə həmin şəxsin şəkilini kompüterdə tapdım. Arvadımdan soruşdum ki, bu şəxs kimdir? Mənə dedi ki, yaxşı eləmişəm". Elə bu sözə görə də öldürdüm.

Hadisə bu il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində baş verib. Sumqayıt şəhər sakini, 36 yaşlı Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən R.Feyziyev könüllü olaraq polisə təslim olub. R.Feyziyev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xəbəriniz olsun

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

Facebook