Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi

25 sentyabr 2018
Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva diyarının mədəniyyət naziri təyin edilib.

Bu barədə Moskva diyarının qubernatoru Andrey Vorobyev məlumat verib. O, məlumatı region hökumətinin iclasında səsləndirib: "Moskva diyarının icra hakimiyyətində dəyişiklik var. Mədəniyyət naziri postuna Nərmin Şirəliyevanı təyin etmişəm”.

Xatırladaq ki, N.Şirəliyeva 1974-cü ildə Bakıda anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, müxtəlif kütləvi informasiya vasitələrində çalışıb.

2013-cü ildən Moskva vilayəti qubernatorunun Administrasiyasında nazir ranqında mədəniyyət müşaviri vəzifəsində işləyib. Onun təşəbbüsü ilə Moskva vilayətində bir sıra iri mədəniyyət layihələri, xüsusən “Moskvaətrafında ilin fəsilləri”, Rusiyanın kiçik şəhərlərinin teatrlarının festivalı, “Çaykovski ilə Moskvaətrafı gecələri” festivalı, “İlk tamaşaçı”, “Paytaxt teatrlarının Moskfaətrafı afişası”, “Yeni Qüdsdə rus baleti”, “Masa festivalı” və digər aksiyalar keçirilib.

1997-ci ildə Nərmin Şirəliyeva məşhur rejissor Yevgeni Qinzburqla ailə həyatı qurub. Cütlüyün Aleksandr adında bir oğulları var.

İngilis və fransız dillərini bilir.
Xəbəriniz olsun

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

Facebook