Naxçıvan elektromobil istehsal edəcək

03 oktyabr 2018
Naxçıvan elektromobil istehsal edəcək
Naxçıvanda elektriklə işləyən avtomobillər istehsal ediləcək.

Bununla bağlı Naxçıvan Avtomobil Zavodunda hazırlıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır.

Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev bildirib ki, bundan əlavə olaraq “LİFAN minivenlər”inin bazasında təcili tibbi yardım üçün istifadə oluna biləcək avtomobillərin 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədilə eksperimental nümunələrinin yığımı da həyata keçiriləcək.

Musa Abdullayev qeyd edib ki, 2010-cu ildən fəaliyyət göstərən zavodda bu günədək 5 mindən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq “LİFAN” markalı 4 model avtomobil istehsal olunub və “NAZ-LİFAN” brendi altında satışa çıxarılır. Hazırda ticari avtomobillər də daxil olmaqla, 14 fərqli model istehsal edilir.

Direktor qeyd edib ki, zavodda avtomobil sənayesində tətbiq olunan ən müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal olunur. Bu illər ərzində satış və xidmət şəbəkəsi genişləndirilib, avtomobillərin keyfiyyətinə verilən zəmanət müddəti və yürüş məsafəsi artırılaraq 3 il və ya 150 min kilometrə çatdırılıb. Hazırda zavodda dizayn və parametrlərinə görə müasir biznes sedan olan “NAZ-LİFAN 820” və “NAZ-LİFAN 330” modelləri, satış sayına, keyfiyyətinə və dözümlülüyünə görə zavodun flaqmanı olan “NAZ-LİFAN 620” modelinin yeni dizayn və yeni ekonomik mühərriklə təchiz edilmiş “NAZ-LİFAN 650” (“NAZ-LİFAN 620-II”) modeli və krossover sevənlər üçün xarici və daxili görünüşü yenilənmiş, yanacaq sərfiyyatı daha az olan mühərriklə təchiz edilən “NAZ-LİFAN X60” modeli istehsal olunur.

Direktor əlavə edib ki, zavodda istehsal olunan avtomobillərin maya dəyərinin aşağı salınması məqsədilə bəzi ehtiyat hissələrinin respublikamızda istehsal olunması da planlaşdırılır.
Xəbəriniz olsun

22.10.2018 - "Bank of Baku" qırmızı zolaqda: son 9 ayın nəticələrindən çıxan nəticə...

22.10.2018 - Qardaşların dövləti cinayəti və AQTA-nın şantajı Təhməzlini bitirir

22.10.2018 - Əflatun Amaşov:”Həmişə seçicilərimin yanındayam”

22.10.2018 - Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

22.10.2018 - Benzin ucuzlaşacaqmı? - Ekspertdən 5 suala cavab

22.10.2018 - Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı - Sensasion fakt

22.10.2018 - Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır - QİYMƏT

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

Facebook