“SOCAR Polymer”in məhsullarının ixracı Azərbaycanın qeyri-neft ixracını 16% artıracaq

05 oktyabr 2018
“SOCAR Polymer”in məhsullarının ixracı Azərbaycanın qeyri-neft ixracını 16% artıracaqSumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilən “SOCAR Polymer” layihəsinin polipropilen və yüksəksıxlıqlı polietilen məhsullarının ixracı Azərbaycanın qeyri-neft sektoru üzrə ixracını 16% artıracaq.

Savash.org “Report”-a istinadən xəbər verir ki, bunu “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, “SOCAR Polymer”in Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodlarının məhsulları üzrə illik satışın məbləği 350 mln. ABŞ dolları olacaq: “Məhsulların, təxminən, 75-80%-i ixrac olunacaq. İxrac üçün əsas prioritet Türkiyə bazarıdır. Bundan başqa, Rusiya, Avropa bazarlarına da ixrac nəzərdə tutulur. Türkiyə və Rusiyadan ilkin təkliflər alınıb”.

“SOCAR Polymer” layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir.

Bu il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Polipropilen Zavodunun açılışı olub.Yüksəksıxlıqlı Polietilen Zavodunun isə bu ilin dekabr ayında istismara verilməsi gözlənilir.
Xəbəriniz olsun

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

06.12.2018 - Azərbaycanda “qızıl medallı şagird” burulğanı: söhbət əslində nədən gedir

06.12.2018 - Hüseyn Bağırov babası Mircəfər Bağırovun Müşfiqi öldürməsidən danışdı

06.12.2018 - Nazirlər razılaşdılar, amma nəticə yoxdur - 3 saatlıq Milan görüşü

05.12.2018 - "Samir Şərifov nə demək istədiyini..." - İqtisadçı alimdən maliyyə nazirinə cavab

05.12.2018 - Əli Həsənov: "Məmurun ana dilini bilməməsi onun qəbahətidir"

Facebook