Kamran Əliyev: “Qüdrət Şükürova daha bir maddə ilə cinayət işi açıldı”

09 oktyabr 2018
Kamran Əliyev: “Qüdrət Şükürova daha bir maddə ilə cinayət işi açıldı”
Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəhbəri, bu günlərdə işdən çıxarılan və barəsində cinayət işi açılan Qüdrət Şükürovun məsələsi daha da qəlizləşib. Virtualaz.org xəbər verir ki, Rusiyanın “Otis Rusiya” şirkətindən liftlərin alınması zamanı cəmi 12 milyon dollara yaxın “otkat” götürən Şükürov indi də cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini və digər əmlakı leqallaşdırmaqda ittiham olunur. Bu haqda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında deyib.

Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

“Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov barəsində əlavə cinayət işi başlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir”-Kamran Əliyev bildirib.

Xatırladaq ki, Qüdrət Şükürovun korrupsiya əməli bu yaxınlarda ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komitəsinin (SEC) açıqladığı rəsmi sənəddə əksini tapmışdı. Belə ki, “Liftremont”la Bakı şəhərində dövlət istismarında olan yaşayış binalarının liftlə təchizatı üçün müqavilə bağlayan və Şükürova qiymətləri şişirtmək yolu ilə milyonlarla dollar “otkat” verən “Otis Rusiya” şirkəti “Otis Elevator” şirkətinin törəmə müəssisəsidir. Həmin şirkətin səhmlərinin sahibi isə ABŞ-ın “United Technologies Corporation” şirkətidir. Nəticədə bu şirkət xarici korrupsiya haqda Aktı pozmuş olub və məsuliyyətini etiraf edərək SEC-lə məhkəməyəqədər sövdələşmə imzalayıb. Həmin sövdələşməyə əsasən Amerika şirkəti büdcəyə 14 milyon dollar cərimə ödəməyə razılaşır.

SEC-in sənədində “Otis Rusiya” ilə “Liftremont” arasında korrupsiya sxemi barədə ətraflı təsvir olunur.

Şükürovun keçmiş qudası isə əvvəllər mətbuata onun “Otis Rusiya” şirkətindən aldığı “otkat” pullarını necə leqallaşdırdığı, bu pulların bir qisminə İstanbulun elit yaşayış kompleksində dörd mənzil aldığı haqda ətraflı danışmışdı. İndi Şükürova qarşı yeni maddə ilə cinayət işinin məhz bu xüsusatla bağlı qaldırıldığı təxmin olunur.
Xəbəriniz olsun

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

06.12.2018 - Azərbaycanda “qızıl medallı şagird” burulğanı: söhbət əslində nədən gedir

06.12.2018 - Hüseyn Bağırov babası Mircəfər Bağırovun Müşfiqi öldürməsidən danışdı

06.12.2018 - Nazirlər razılaşdılar, amma nəticə yoxdur - 3 saatlıq Milan görüşü

05.12.2018 - "Samir Şərifov nə demək istədiyini..." - İqtisadçı alimdən maliyyə nazirinə cavab

05.12.2018 - Əli Həsənov: "Məmurun ana dilini bilməməsi onun qəbahətidir"

Facebook