“Lotu Quli” azadlığa buraxıldı

10 oktyabr 2018
“Lotu Quli” azadlığa buraxıldıDünən İstanbulda saxlanılmış “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov bu gün çıxaırldığı məhkəmədə azadlığa buraxılıb.

Musavat.com-un Türkiyədəki mənbədən aldığı məlumata görə, hazırda N.Səlifov Miqrasiya idarəsindədir və bəzi sənədləşmə prosedurundan keçir. Onun hansı ölkəyəsə ekstradisiya edilməsi təhlükəsi yoxdur.

Xatırladaq ki, Türkiyənin aparıcı media qurumlarının dünən yaydığı xəbərə görə, onu Rusiya dövlətindən edilən şikayətlər əsasında saxlamışdılar və bəzi mətbuat orqanları N.Səlifovun Azərbaycana ekstradisiya ediləcəyini yazmışdı. Ancaq bilgili qaynaqlardan məlum olmuşdu ki, Azərbaycan tərəfinin belə bir tələbi olmayıb, çünki N.Səlifov öz cəzasını bir il öncə başa çatdıraraq azadlığa buraxılıb və ölkəni tərk edib.

Daha öncə İstanbuldakı bilgili mənbəyə istinadla xəbər vermişdik ki, barəsində aparılan müvafiq araşdırma işləri başa çatdıqdan sonra, daha dəqiqi, sabah, oktyabrın 10-da azad ediləcək.

Amma onu gözlənildiyindən bir gün əvvəl sərbəst buraxıblar.
Xəbəriniz olsun

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

06.12.2018 - Azərbaycanda “qızıl medallı şagird” burulğanı: söhbət əslində nədən gedir

06.12.2018 - Hüseyn Bağırov babası Mircəfər Bağırovun Müşfiqi öldürməsidən danışdı

06.12.2018 - Nazirlər razılaşdılar, amma nəticə yoxdur - 3 saatlıq Milan görüşü

05.12.2018 - "Samir Şərifov nə demək istədiyini..." - İqtisadçı alimdən maliyyə nazirinə cavab

05.12.2018 - Əli Həsənov: "Məmurun ana dilini bilməməsi onun qəbahətidir"

Facebook