Bakı məktəbində 6-cı sinif şagirdi qaz balonu tətbiq etdi, 8 şagird xəstəxanaya aparıldı

10 oktyabr 2018
Bakı məktəbində 6-cı sinif şagirdi qaz balonu tətbiq etdi, 8 şagird xəstəxanaya aparıldı
Hövsan qəsəbəsindəki 76 saylı məktəbdə uşaqların üzünə gözyaşardıcı qaz balonu püskürdən şagird 6-cı sinifdə təhsil alır.

Məktəbdən virtualaz.org-a bildiriblər ki, uşaq qaz balonunu atasından aldığını deyib. Hadisə həm şagird və müəllimlər, həm də valideynlər arasında təşvişə səbəb olub. Çoxları qaz balonunun partladığını, uşaqların ciddi xəsarət aldığını zənn edib.

Hadisə yerinə 5 təcili yardım çağırılıb. Hazırda 2-si oğlan, 7-si qız olmaqla uşaqlar Respublika Toksikologiya Mərkəzinə yerləşdiriliblər. Mayenin təsiri 2 saata keçir, buna baxmayaraq, uşaqların gözü yuyulub, tibbi xidmət göstərilib.

* * *11:55

Hövsan qəsəbəsindəki 76 saylı məktəbdə şagirdlərdən biri sinifə gözyaşardıcı qaz balonu gətirərək sinif yoldaşlarının üzünə püskürdüb. Nəticədə 8 uşaq xəsarət alıb.

Bu barədə məlumatı virtualaz.org-a Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov verib.

Onun sözlərinə görə, hadisə yerinə təcili yardım briqadası cəlb edilib. Uşaqlara ilkin tibbi yardım göstəriləndən sonra xəstəxanaya aparıblar.

“Qaz balonu istiotlu olduğundan yandırıcı təsir göstərir, amma gözlər yuyulacaq. Hazırda uşaqların vəziyyəti normaldır. Zərər çəkənlər 10-12 yaşlı uşaqlardır”, -xidmət rəhbəri əlavə edib.
Xəbəriniz olsun

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

Facebook