Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

11 oktyabr 2018
Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ
Xəbər verdiyimiz kimi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, bankdan milyardlarla dolların talanmasını təşkil etdiyi üçün hazırda həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın Londonda ərinin mənimsədiyi pullar hesabına aldığı mülklərə həbs qoyulub. Virtualaz.org xəbər verir ki, iki gündür bütün Britaniya mediası, o cümlədən beynəlxalq KİV-lər bu məsələdən yazır. Çünki Zamirə Hacıyeva Böyük Britaniyada ötən il qəbul edilən və korrupsiya yolu ilə əldə edilmiş pullar hesabına bu ölkədə əldə edilmiş aktivlərin müsadirəsini nəzərdə tutan qanunun tətbiq edildiyi ilk əcənəbidir.

Lakin Zamirə tək deyil, xəbər verilir ki, hazırda Böyük Britaniyanın cinayətkarlıqla mübarizə Agentliyi (National Crime Agency) daha 120-140 xarici vətəndaşlar-hazırda vəzifədə olan yüksək vəzifəli məmurlar və oliqarxlar barədə araşdırma aparır. Onların əksəriyyəti Rusiya vətəndaşlarıdır.

“Financial Times” qəzetinin yazdığına görə bu ilin iyul ayında məhkəmə mənbəyi qaranlıq gəlirlər hesabına əldə edilmiş aktivlərin müsadirəsinə imkan verən qanun çərçivəsində Zamirə Hacıyevanın 22.5 milyon funt sterlinq dəyərində iki mülkünə həbs qoyanda keçmiş bankirin arvadı bu qərardan apellyasiya verib. Lakin ötən həftə London Yüksək Məhkəməsində hakim Supperstoun bu şikayəti rədd edib, hökmü qüvvədə saxlayıb.

Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ Və bu məhkəmə çəkişməsi Zamirənin Londondakı dəbdəbəli yaşayışının detallarını üzə çıxarıb. Məlum olub ki, təkcə 2006-2008-ci illərdə, yəni ərinin Azərbaycan Beynəlxalq Bankına rəhbərlik etdiyi dövrdə çoxsaylı kredit kartlarından, o cümlədən ərinin bankının buraxdığı 35 “American Express”, “Mastercard” və “Visa” kartları ilə 16.3 milyon sterlinq pul xərcləyib. Bu pulların 1500 funtu bir gündə “Harrods” univermağında xərclənib, Zamirə bu univermağın daimi müştərisi olub.

Habelə məhkəmə araşdırması zamanı müəyyən olunub ki, Zamirə “Cartier” və “Boucheron” brendlərindən olan zinət əşyalarına, Londonda elit mülklərə, habelə “Gulfstream 550” tipli özəl təyyarəyə malikdir.

Qəzet yazır ki, Zamirənin presedenti ötən il qəbul edilmiş qanunun digər korrupsionerlərə də tətbiq edilməsinə imkan verəcək. Cinayətkarlıqla mübarizə Agentliyinin (NCA) iqtisadi cinayətlər departamentinin direktoru Donald Ton bildirib ki, bu qanun kriminal yollarla əldə edilmiş gəlirlərin Londonda yuyulmasına qarşı effektiv mübarizə aparmağa imkan verir və indi Zamirə Hacıyevanın barəsində çıxarılmış hökmdən sonra agentlik araşdırdığı işləri Yüksək Məhkəməyə göndərə biləcək.

Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ Lakin Zamirənin vəkilləri iddia ediblər ki, həmin qanun onların müdafiə etdiyi şəxsə qarşı tətbiq edilə bilməzdi. Çünki istər Zamirə, istərsə də onun əri hansısa qanun pozuntularına yol verməyiblər. Vəkillər bildiriblər ki, Zamirənin əri “iri beynəlxalq bankir” olub və leqal yollarla varlanıb. Zamirə özü isə məhkəməyə təqdim etdiyi sənədlərdə ərinin ailədə yeganə qazanc gətirən olduğunu göstərib, qeyd edib ki, Cahangirə ərə gedəndə o artıq varlı bankir idi və 90-cı illərin əvvəllərində biznesdən varlanmışdı. Amma hakim bu arqumentləri tutarlı saymayıb, məhkəmə müəyyən edib ki, C.Hacıyevanın bəyan etdiyi rəsmi gəlirləri və bank rəhbəri kimi aldığı maaşla onun arvadının Londondakı xərcləri arasında kəskin fərq var. Nəticədə Zamirənin Londondakı aktivləri cinayət yolu ilə əldə edilmiş pullar hesabına aldığı barədə hökm qüvvədə qalıb. Çünki C.Hacıyev 2008-ci ildə cəmi 70 min 650 dollar maaş alıb, daha 90 min dollar isə bankın səhmlərindən dividend hesabına qazanıb.

Zamirə Hacıyevanın müsadirə olunan 11.5 milyon dollarlıq mülkü Naytsbricdə yerləşir, 2009-cu ilin dekabrında “Vicksburg Global” adlı şirkət tərəfindən alınıb. Həmin şirkət Britaniya Virgin adlarında qeydiyyatdan keçib. Benefisiarı Z.Hacıyevadır. Şirkət mülkü almaq üçün 4 milyon funt sterlinq bəribaşdan ödəyib, 7.47 milyon funt sterlinqi isə ipoteka krediti formasında rəsmiləşdirərək cəmi 5 ilə bağlayıb.

Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ Zamirənin müsadirə edilən aktivlərindən biri də Askot yaxınlığındakı “Mil Ride” qolf-klubudur. Bu aktiv 2013-cü ildə 10.5 milyon funt sterlinqə “Natura Ltd” adlı şirkət tərəfindən alınıb. Şirkətin benefisiarı Zamirədir, o qolf-klubun yerləşdiyi ünvanda da qeydiyyatdadır.

Digər aktiv “Berkleley Business Limited” adlı şirkətin adına 42.5 milyon dollara alınan “Gulfstream 550” təyyarəsidir. Bu şirkətin də benefisiarı Zamirədir. Hakim Holl bu ilin iyulunda keçirilən məhkəmə zamanı təyyarənin alınmasını çirkli pulların yuyulmasının birbaşa sübutu adlandırıb.
Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

F.Məmmədov
Xəbəriniz olsun

23.10.2018 - Marşrut piyada keçidində 20 yaşlı qızın üstündən keçdi - Sürücü narkoman çıxdı, vəzifəli şəxslərə çinayət işi ...

22.10.2018 - "Bank of Baku" qırmızı zolaqda: son 9 ayın nəticələrindən çıxan nəticə...

22.10.2018 - Qardaşların dövləti cinayəti və AQTA-nın şantajı Təhməzlini bitirir

22.10.2018 - Əflatun Amaşov:”Həmişə seçicilərimin yanındayam”

22.10.2018 - Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

22.10.2018 - Benzin ucuzlaşacaqmı? - Ekspertdən 5 suala cavab

22.10.2018 - Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı - Sensasion fakt

22.10.2018 - Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır - QİYMƏT

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

Facebook