“Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11 oktyabr 2018
“Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAMÖlkədə korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı bir dövrdə hələ də işində dönüş yaratmayan məmurlar iş başındadır. Dövlət başçısının hamını belələrinə qarşı mübarizə aparmağa səsləməsi də təsadüfi deyil. Bu məqsədlə saytımıza daxil olan ilginc məlumatları diqqətinizə çatdırırıq.

Rubrika.Az saytına Xəzər Dəniz Gəmiçiliyi QSC haqqında ilginc məlumatlar daxil olub. Verilən məlumatlarda bildirilir ki, QSC-nin sədri Rauf Vəliyev hər ay nəzarətindəki gəmilərdən 30-40 min manat civarında gəlir əldə edir. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə də vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir.

Verilən məlumatlarda bildirilir ki, nizam-intizamın aşağı səviyyədə olması, vəzifə dəyişmələrində (gəmidaxili) və sertifikatlaşdırmada mövcud olan süründürməçilik və mühüm qanun pozuntuları adıçəkilən qurumda dözülməz vəziyyət yaradıb. Məlumatlarda qeyd olunur ki, nizam-intizam məsələlərinin acınacaqlı vəziyyətdə olmasının əsas səbəblərindən biri gəmi kapitanlarının vəzifələrindən sui-istifadə etməsi və rəhbərliyin onları dəstəkləməsi ilə bağlıdır. Gəmilərdə vəzifədən-vəzifəyə təyin etmə prosesi Rauf Vəliyev tərəfindən təyin olunmuş qrupun nəzarəti altında həyata keçirilir. Həmin qrupun isə daha çox gördüyü işi "xüsusi maraqlarla" apardığı bildirilir.

P.S.Mövzu ilə bağlı Xəzər Dəniz Gəmiçiliyi QSC ilə əlaqə saxlamağa cəhd göstərək də, bu mümkün olmadı. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Mövzuya qayıdacağıq.
Xəbəriniz olsun

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

Facebook