Məktəblərdə siniflər ləğv olunur - Təhsil Nazirliyi SƏBƏBİNİ açıqladı

08 yanvar 2015
Məktəblərdə siniflər ləğv olunur - Təhsil Nazirliyi SƏBƏBİNİ açıqladı
Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən bir sıra məktəblərdə tədris ilinin ortasında siniflərin ləğv olunmasına başlanılıb. Ümumi məlumata görə, bu, baş verəcək müəllim ixtisarları ilə bağlıdır. Direktorlar isə siniflərin kütləvi şəkildə bağlanmasını uşaq sayının azalması ilə əlaqələndirir. Bu zaman belə bir sual yaranır: “Əgər sinifdə şagird sayı az idisə, ilin əvvəlindən siniflər ləğv olunardı, niyə tədris ilinin başa çatması gözlənilmir?”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin informasiya şöbəsi, QHT və KİV-lə iş sektorundan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu proses Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşir: “Ümumi təhsil müəssisələrində siniflərin təşkil olunması, birləşdirilməsi və ya paralel sinfin təşkil edilməsi Nazirlər Kabinetinin “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarının 12-ci bəndinə əsasən aşağıdakı qaydada tənzimlənir:

Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir, bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilmir”.

Məlumatda bildirilib ki, eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir:

“Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən siniflərdə şagirdlərin sayı azaldıqda və ya artdıqda, siniflər bu dövlət standartlarına müvafiq olaraq müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir”.
Xəbəriniz olsun

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

15.06.2018 - Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"

14.06.2018 - Millət vəkili özünü biabır etdi: "Barselona"nın oyunçuları "Real Madrid"də oynayır, "Real Madrid" də İsp ...

14.06.2018 - Bakıda qaynana kürəkəni ilə cinsi əlaqədə olan zaman öldü - ŞOK TƏFƏRRÜAT

Facebook