Elmar Vəliyevi ölümdən qurtaran polis danışdı

16 oktyabr 2018
Elmar Vəliyevi ölümdən qurtaran polis danışdı “Daxili orqanlarımdakı fəsadlar aradan qalxdı. Ciddi müalicə dövrü keçdim. Sağlığımda əsas problem sol gözümün görmə qabiliyyətinin ciddi itməsidir. Bunun üçün isə həkimlər əməliyyatın tez olduğunu deyir. Ümumilikdə durumum yaxşıdır”.

Bu sözləri Gununsesi.org-a açıqlamasında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı təşkil olunan sui-qəsd zamanı ağır yaralanan polis əməkdaşı Qasım Aşbazov söyləyib.

O, gözünün müalicəsi üçün bu günlərdə Rusiya paytaxtı Moskvada olduğunu deyib: “Üç gün əvvəl Moskvada məhşur akademik Federov adına institutda müayinə olundum. Sol gözümdə görmə qabiliyyəti çox azdır. Çünki güllə gözümü ciddi zədələyib. Həkimlər bildirdi ki, pessimist olmağa dəyməz. Bir neçə ay sonra əməliyyat olacağam. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Xatırladaq ki, icra başçısına silahlı hücum zamanı Qasım Aşbazov həyatını riskə ataraq, özünü güllənin qabağına verib. Üç güllə yarası alan qəhrəman polis Elmar Vəliyevin həyatda qalmasına vəsilə ola bilib.
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook