“Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17 oktyabr 2018
“Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edibHər zaman yenilikləri və maraqlı layihələri ilə seçilən “Nar”ın, abunəçilər və sosial şəbəkə iştifadəçiləri üçün elan etdiyi “Nar”ı nə qədər yaxşı tanıyırsan?” müsabiqəsi yekunlaşıb.

Şirkətin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, 10-12 oktyabr tarixləri arasında internet üzərindən keçirilən müsabiqədə iştirak edənlərin hamısı mobil operator tərəfindən pulsuz danışıq dəqiqələri qazanıblar.

https://www.nar.az/nar-questions.html səhifəsində keçirilmiş müsabiqədə dörd mindən çox insan iştirak edib. Mobil operator haqqında verilən bütün suallara düzgün cavan verən 50-dən çox insan 250 şəbəkədaxili, yarışda iştirak edib nömrəsini qeyd edən 3400-dən çox istifadəçi isə 50 şəbəkədaxili dəqiqə qazandı. “Nar”-ın sosial şəbəkə hesablarında keçirilmiş müsabiqədə suallar mobil operatorun məhsulları, kampaniyaları, xidmətləri, korporativ sosail layihələri (KSM) və sponsorluq faəliyyəti haqqında olub.

“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook