“Qarabağ”a texniki məğlubiyyət verildi

23 oktyabr 2018
“Qarabağ”a texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsi "Qarabağ" klubuna texniki məğlubiyyət verib.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, buna səbəb Ağdam komandasının Azərbaycan Premyer Liqasının VIII turunda evdə "Səbail"i 1:0 hesabı ilə məğlub etdiyi matç zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdır.

Abbas Hüseynovun adı matçın iştirak ərizəsində göstərilməsə də, baş məşqçi Qurban Qurbanov onu ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana buraxıb. Buna görə də, görüşün nəticəsi ləğv olunub və kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Kluba isə 8 min manat cərimə kəsilib.

Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. AFFA İntizam Komitəsi Premyer Liqada daha öncə "Zirə"yə də texniki məğlubiyyət verib. Qurum həmçinin I Divizionda "Səbail-2"ni də texniki məğlubiyyətlət cəzalandırıb.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook