İcra başçısının qardaşı oğlunun dəbdəbəli həyatı – FOTOLAR

24 oktyabr 2018
İcra başçısının qardaşı oğlunun dəbdəbəli həyatı – FOTOLARSon günlər məmur övladarı və onların yaxın qohumlarının dəbdəbəli həyat tərzi ölkə mediasının gündəmini zəbt edib.
Minval.İnfo xəbər verir ki, bu dəfə Göyçay rayon icra başcısı Mehdi Səlimzadənin qardaşı oğlunun fotoları sosial şəbəkədə xeyli müzakirə səbəbinə çevrilib.
Yayılan məlumatlarda Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı oğlu olduğu iddia edilən Səməd Cəbrayılovun bahalı avtomobili və milyonlarla qiyməti olan villasının görüntüsü yayılıb.
Yayılan fotolarla bağlı şərhdə bunlar qeyd edilir: “Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar. Belə ki, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılova məxsus bu möhtəşəm villa Qəbələ rayonunda yerləşir. Əmisinin yaratdığı şərait və verdiyi imtiyaz nəticəsində corab almağa imkanı olmayan qardaş oğlu 2 il ərzində milyonlara sahib olub. Səməd Cəbrayılov Göyçayda, Qəbələdə və Bakı şəhəində villalara, bahalı avtomobillərə, obyektlərə sahib olub”.
Vəzifəsinə görə bu qədər mülkü alacaq maaşı olmayan icra başçısının qardaşı oğlu əgər bu qədər varlana bilirsə, başçının gəlirləri, mülkləri mütləq dövlət tərəfindən araşdırılmalıdır. Səməd Cəbrayılov əmi “nəvazişi” ilə bu qədər maddi imkana sahib olan yeganə məmur qohumu deyil.
Redaksiyadan: Bir daha bəyan edirik ki, bu xəbər facebook sosial şəbəkəsində “Gundem xeber” səhifəsində paylaşılıb.Minval.İnfo

İcra başçısının qardaşı oğlunun dəbdəbəli həyatı – FOTOLAR
İcra başçısının qardaşı oğlunun dəbdəbəli həyatı – FOTOLAR
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook