Britaniya kəşfiyyatı Xaşoginin öldürüləcəyini əvvəlcədən bilirmiş

29 oktyabr 2018
Britaniya kəşfiyyatı Xaşoginin öldürüləcəyini əvvəlcədən bilirmiş
Böyük Britaniyanın xüsusi xidmət orqanları səudiyyəli müxalif jurnalist Camal Xaşogiyə qarşı planlaşdırılan ssenari barədə 3 həftə əvvəldən məlumatlı olub.

Bu barədə “Daily Express” qəzeti Britaniya kəşfiyyatındakı mənbədən məlumat əldə edib.

Qeyd olunub ki, Britaniya kəşfiyyatı Ər-Riyadın Yəməndə kimyəvi silah tətbiq etdiyi barədə ciddi araşdırma aparmağı planlaşdıran Xaşoginin oğurlanması ilə bağlı plandan xəbərdar olub. Belə ki, onlar Səudiyyə Ərəbistanı kəşfiyyatı əməkdaşlarının telefon danışıqlarını izləyərkən bu barədə informasiya əldə ediblər.

Həmin söhbətlərdə Səudiyyə kəşfiyyatçılarına “The Washington Post” qəzetinin jurnalisti Camal Xaşoginin oğurlanması və Ər-Riyada gətirilməsinə dair əmr verildiyi üzə çıxıb. Britaniya kəşfiyyatı onu da bildirib ki, Xaşoginin Səudiyyə kəşfiyyatı əməkdaşlarına müqavimət göstərəcəyi təqdirdə “manevr üçün yer qoymaq” da tapşırılıb.

Həmçinin, Səudiyyə kəşfiyyatı əməkdaşlarının söhbətlərindən belə anlaşılıb ki, Xaşogi ilə bağlı əmr vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən yox, onun ətrafındakı başqa biri tərəfindən verilib.

Xaşoginin təhlükəsizlik məqsədilə adının çəkilməsini istəməyən ən yaxın dostu da “Daily Express”ə bildirib ki, qətlə yetirilən səudiyyəli jurnalist Ər-Riyadın Yəməndə kimyəvi silah tətbiq etdiyini sübuta yetirəcək sənədlər əldə edəcəyinə ümid edirdi.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal xaşogi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı Baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Hadisənin üstündən 18 gün keçdikdən sonra isə Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Xaşoginin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, konsulluqda olarkən Camal Xaşogi ilə onun Səudiyyəyə dönməsində israr edənlər arasında dava yaranıb və nəticədə insident jurnalistin ölümünə səbəb olub. Xaşoginin qətli ilə bağlı Səudiyyədə açılan cinayət işi çərçivəsində 18 nəfər həbs olunub, kəşfiyyat orqanının 5 nəfər vəzifəlisi isə işdən kənarlaşdırılıb.(azvision.az)
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook