“Nar”dan abunəçilərinə Nar bayramında iştirak şansı - Müsabiqə

31 oktyabr 2018
“Nar”dan abunəçilərinə Nar bayramında iştirak şansı - MüsabiqəAzərbaycanın milli-mədəni irsinə bağlılıq nümayiş etdirən və milli dəyərləri daim diqqət mərkəzində saxlayan "Nar” abunəçiləri üçün növbəti maraqlı müsabiqə elan edir.

Mobil operator abunəçilərinə noyabrın 3-4-də Göyçayda təşkil ediləcək ənənəvi Nar bayramına getmək şansı verir. Bu məqsədlə, "Nar” sosial mediada müsabiqə elan edib. Müsabiqə oktyabrın 30-u saat 16:00-da başlayıb, noyabrın 2-si saat 12:00-a qədər davam edəcək. Nəticələr noyabrın 2-də elan ediləcək.

Suallar nar və Göyçay rayonu haqqında olacaq. Bütün suallara düzgün cavab verən ilk 20 nəfər "Nar” əməkdaşları ilə birlikdə Nar bayramında iştirak etmək üçün Goyçaya səfər edəcək. Müsabiqədə bu keçid vasitəsilə iştirak etmək olar: https://www.nar.az/promo/goychay-bayram.html

"Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook