CAVİD QURBANOVUN “QUMAR KRALI” OLMAQ İDDİASI - Baş dəmiryolçu mərc oyunlarına nəzarəti ələ aldı

01 noyabr 2018
CAVİD QURBANOVUN “QUMAR KRALI” OLMAQ İDDİASI - Baş dəmiryolçu mərc oyunlarına nəzarəti ələ aldıBaş dəmiryolçu “TOPAZ”ın səhmlərinin 51 faizinə 38 milyon manat ödədi

Azərbaycanın idman mərc oyunlarının təşkilinə 8 ilə yaxındır ki, investisiya yatıran "Turkcell” şirkəti "Azerinteltek”dəki payını satışa çıxarıb.

Türkiyənin xəbər saytları yazır ki, artıq şirkət öz payını "Baltech Investment LLC”-yə satıb.

Hətta oktyabrın 30-da nüfuzlu haberler.com portalı “Turkcell” şirkətinə istinadən "Azerinteltek”dəki paylarının satışı haqqında açıqlama da verib.

““Turkcell” İnternet Texnologiya İnvestisiya və Məsləhətçilik Ticarət (İnteltek) şirkətində 55 faiz paya malik olub. "Azerinteltek”də sahib olduğu 51.000 AZN nominal dəyərdəki paylarının hamısını satışını həyata keçirib. Şirkət səhimlərini "Azerinteltek”də yüzdə 24,5 faiz paya malik olan "Baltech Investment LLC”-yə 19 milyon 530 min 177 avroya satıb. Hazırda satış alqı-satqısı ilə bağlı müqavilə üçün danışıqlar gedir, ətraflı ictimayyətə məlumat veriləcək”, – deyə, şirkətdən bildirilib.

Hurriyyet.org-un əldə etdiyi məlumata görə, məlum alqı-satqı anlaşmasınadək “TOPAZ”ın səhmlərinin 51 faizi “Turkcell” şirkətinə, 24,5 “Baltech Investment LLC”-yə, qalan 24,5 faizi isə “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub. “Turkcell” şirkəti öz payını satışa çıxardıqdan sonra çoxlarında belə təsəvvür yarana bilər ki, onsuz da heç nə dəyişmir, "Azerinteltek” QSC-nin əsas payçısı yenə də əcnəbilər olacaq. Əslində isə, heç də göründüyü kimi deyil.

Belə ki, Türkiyədəki mənbələrimizdən Hurriyyet.org-a verilən məlumata görə, xarici şirkət kimi təqdim olunan "Baltech Investment LLC” əslində Azərbaycan məmurlarından birinə məxsusdur. Mənbə “TOPAZ”ın 51 faizlik səhminə 19,5 milyon avro (təxminən 38 milyon manat) ödəyən bu şirkətin gerçək sahibinin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov olduğunu bildirir. Bu isə o deməkdir ki, baş dəmiryolçu “TOPAZ”ın səhmlərinin 75 faizindən də çox hissəsinə sahib çıxmaqla, bir növ Azərbaycanın mərc oyunlarına nəzarəti ələ alıb.

"Turkcell"in Azərbaycanın idman mərc oyunlarının təşkilindən imtina etməsinin səbəbləri hələ bəlli olmasa da, görünən odur ki, 19,5 milyon avroluq alqı-satqı müqaviləsi şirkətin maraq dairəsində olub. Belə anlaşılır ki, Azərbaycanda mərc oyunlarına nəzarəti ələ almaq istəyən Cavid Qurbanovun "Baltech Investment LLC” vasitəsilə "Turkcell"ə etdiyi təklif qarşı tərəf üçün də cəlbedici olduğundan, öz səhmlərini satmağa razılaşıb. Beləlikə də C.Qurbanov Azərbaycanın “qumar karlı” olmaq iddiasını gerçəkləşdirə bilib.

Yeri gəlmişkən, məlum alqı-satqı anlaşması və "Baltech Investment LLC” şirkətinin "Azerinteltek” QSC-nin bütün səhmlərinə sahib olmaq iddiası ilə bağlı redaksiyamıza bir sıra maraqlı informasiyalar da daxil olub. Hazırda həmin informasiyaları dəqiqləşdirməyə çalışırq. Yaxın günlərdə bu haqda daha geniş açıqlama verəcəyik.

Onu da qeyd edək ki, "Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib. "Azərinteltek” QSC-nin ticarət nişanı olan "TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.

Hurriyyet.org
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook