Rusiya “Vorskla” futbol klubunun fəxri prezidentinə qarşı sanksiya tətbiq etdi

02 noyabr 2018
Rusiya “Vorskla” futbol klubunun fəxri prezidentinə qarşı sanksiya tətbiq etdi
Rusiya hökuməti Ukrayna Futbol Federasiyasının (UFF) prezidenti Andrey Pavelkoya qarşı sanksiya tətbiq edib.

Ukrayna Ali Radasının deputatı da olan milli assosiasiya rəhbərinin adı Rusiyanın baş naziri Dimitri Medvedevin bu ölkənin 322 fiziki və 68 hüquqi şəxsinə qarşı yönələn tədbirlər barədə imzaladığı qərarda yer alıb.

Ümumilikdə “qara siyahı”ya Ukrayna futbol sektorunda rəhbər postlar tutan 8 nəfər düşüb. A.Pavelko ilə yanaşı, UFF-nin 3 vitse-prezidenti Aleksandr Qereqa, Konstantin Yeliseyev və Sergey Kunitsın (eyni zamanda "Tavriya"nın prezidenti), eləcə də Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Vorskla”nın fəxri prezidenti Konstantin Jevaqoya qarşı da sanksiya tətbiq olunub. Həmçinin “Dnepr-1”in rəhbəri Yuri Beryoza, “Zarya”nın prezidenti Yevgeni Geller və Kiyev Futbol Federasiyasının başçısı Yaroslav Moskalenko da analoji durumla üzləşib.

"Forbes"un hesablamalarına əsasən, Jevaqonun əmlakı 1,6 milyard dollardır. O, milyarderlər siyahısında 1477-ci yerdə qərarlaşıb. "Vorskla"nın fəxri prezidenti 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsinə qədər Kerçdə "Körfəz" gəmiqayırma zavodunun sahibi olub. Hazırda o, metallurgiya, maşınqayırma, nəqliyyat, farmakologiya, gəmi-tikinti, energetika, sığorta, məişət sənayesi sahəsində müəssisələri özündə birləşdirən "Maliyyə və kredit" qrupuna rəhbərlik edir.

Qeyd edək ki, bu şəxslərə qarşı pul vəsaitlərinin dondurulması və kapitalın çıxarılmasına qadağa qoyulmasını nəzərdə tutan iqtisadi sanksiyalar tətbiq olunub.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook