Borca görə əmisi oğlunu bıçaqladı

05 noyabr 2018
Borca görə əmisi oğlunu bıçaqladı
Bakı Ağır Cinayətlər Məhkəməsində borc pul üstündə əmisi oğlunu bıçaqlamaqda ittiham olunan İsmayıl Hümbətovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 12-nə təyin edilib.

İttihama görə, İ.Hümbətov xaricdən meyvə-tərəvəz gətirməklə məşğul olan əmisi oğlu Vasif Hümbətova 30 min dollar borc verib. Belə ki, Vasif İsmayıla biznesini genişləndirmək üçün pul lazım olduğunu, qarşılığında ona da əlavə gəlir verəcəyini bildirib. İ. Hümbətov da qayınatasından borc alaraq əmisi oğluna verib. Sonradan Vasif işlərinin yaxşı getmədiyini deyib və borcunu qaytarmayıb. İ. Hümbətov özünə məxsus avtomobilini satıb, həyat yoldaşının qızıllarını lombarda qoyaraq borc pul götürüb və qaynatasına qaytarıb. Vasif sonradan ona 10 min dollar geri qaytarsa da, yerdə qalan 20 min üçün hər dəfə bəhanə gətirib. Növbəti dəfəborc məsələsi ilə bağlı görüşərkən Vasif pulu olmadığını deyib. İsmayıl əsəbləşərək ona bir sillə vurub, Vasif isə "bu silləni sənə yedizdirəcəm" deyib. İ. Hümbətov bu sözündən sonra hiddətlənərək Vasifin kürəyindən üç bıçaq zərbəsi vurub. Daha sonra taksi çağıraraq onu xəstəxanaya aparıb.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook