Azərbaycan Müdafiə Nazirliyindən Yerevana zəng vururlar - ŞOK

06 noyabr 2018
Azərbaycan Müdafiə Nazirliyindən Yerevana zəng vururlar - ŞOK
Ermənistan müdafiə naziri David Tonoyan bu gün sensasion bəyanatla çıxış edib. Virtualaz.org “Sputnik Armenia” agentliyinə istinadən xəbər verir ki, Tonoyan Azərbaycan və Ermənistan müdafiə nazirlikləri arasında birbaşa telefon əlaqəsinin yaradıldığını açıqlayıb.

“Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfi ilə birbaşa telefon rabitəsi saxlayır”-David Tonoyan parlamentdə bildirib.

O qeyd edir ki, təmas xəttində gərginlik Düşənbədə baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüşdən sonra azalıb.

“İndi iki ölkənin müdafiə nazirlikləri arasında birbaşa telefon rabitəsi var. Biz qoşnların hərəkətini, mühəndis işlərini, hansısa başqa hərəkəti qeydə alan kimi Azərbaycan tərəfinə xəbər veririk ki, dayansınlar”-Tonoyan deyib.

“Bəs Azərbaycan tərəfi buna necə reaksiya verir?”-deputatlar müdafiə nazirindən soruşublar.

“Çox konstruktiv reaksiya verir”-Tonoyan cavab verib.

Müdafiə naziri dəqiqləşdirib ki, birbaşa telefon rabitəsi nazirlər səviyyəsində qurulmayıb. Lakin müvafiq vəzifəli şəxslər var və onlar məlumatları çatdırır. Rabitə ikitərəfli rejimdə fəaliyyət göstərir.

“Azərbaycan Müdafiə Nazirliyi də bizimlə əlaqə saxlayır. Şəxsən mənimlə yox, amma nazirliklə-bəli. Yenə də konstruktiv şəkildə”-o bildirib. Tonoyan əlavə edib ki, Paşinyanla Əliyev arasında birbaşa telefon rabitəsi hələ mövcud deyil.

Xatırladaq ki, Azərbaycan prezidenti ilə onun rabitə əlaqəsinin qurulduğu haqda bu günlərdə Nikol Paşinyan bildirmişdi. Paşinyan deyib ki, lazım olan məqamda informasiya yarım saat ərzində Azərbaycan prezidentinə və ya ona çatdırılır. Lakin Paşinyan rabitə kanalının hansı struktur üzərindən qurulduğunu deməmişdi.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook