İrana sanksiyalar: neftdən başqa nə bahalaşa bilər...

06 noyabr 2018
İrana sanksiyalar: neftdən başqa nə bahalaşa bilər...ABŞ-ın İrana qarşı dünəndən etibarən təkrar qüvvəyə minən sərt sanksiyalarının ilkin təsirləri yumşaqdır. Virtualaz.org xəbər verir ki, bu haqda “The New York Times” qəzeti yazır. Belə ki, neft son həftələr ucuzlaşmağa başlamışdı, hətta üfüqdə sanksiyalar görünəndə belə.

Son sanksiyaların hədəfi İranın neft ixracını azaltmaqdır, amma İranla biznes qurmuş beynəlxalq gəmiçilik şirkətləri, banklar, sığortaçılar, liman operatorları da hədəfdədir. Vaşinqton Tehranla ticarət edən şirkətləri Amerika maliyyə sistemindən çıxarmaqla hədələyib. Səkkiz ölkəyə, İran neftinin böyük alıcıları daxil, güzəştlər olunsa da, bunun müvəqqəti xarakter daşıdığı vurğulanıb.

“Yeni sanksiyaların Tehrana bir mesajı var: Ya yolunuzu dəyişin, ya da bunun fəsadları ilə üzləşəcəksiniz”, – ABŞ-ın enerji naziri Rik Perri “The Wall Street Journal”da məqaləsində yazıb.

Enerji ekspertlərinin çoxu sanksiyalar ucbatından neftin qiymətinin sıçrayacağını gözləyirdilər. Obama administrasiyası 2011 və 2012-ci illərdə Tehranı nüvə danışıqları masasına gətirmək üçün sanksiyalar tətbiq edəndə neftin bareli 100 dolları keçmişdi. İndi isə neftin barelinin qiyməti 73 dollar səviyyəsindədir. Bu, ötən aykından 10 dollar

Lakin ötən yaz İran günə 2,4 milyon barel neft ixrac edirdisə, indi bu göstərici 1,3 milyon barrelə düşüb. Banyan Hill maliyyə tədqiqatı firmasının aparıcı təhlilçisi Matt Badiali-nin proqnozuna görə, sanksiyalar gələn il ərzində gündəlik ixracı daha 900 min barel azaldacaq. Yəni, sanksiyalar qlobal neft təchizatını 2 faiz salacaq.

BAŞQA NƏ BAHALANA BİLƏR?

İranın itirdiyi neft çəlləkləri isə Birləşmiş Ştatlar, Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən kompensasiya olunmaqdadır. ABŞ və Rusiya hərəyə günə 11,3 milyon barreldən də çox neft hasil edirlər.

Müəllif sanksiyalardan sürücülərin elə də böyük ağrı hiss etmədiyini yazır.Bazar ertəsi adi benzinin qalonu 2,76 dollar olub, yəni ötən həftədən 5 sent ucuz, bir ay öncəkindən isə 15 sent ucuz.Ancaq bəzi ekspertlərin fikrincə, zamanla neft təchizatı azalacaq, özəlliklə də gələn yay sürücülük mövsümü zamanı qiymət bahalanacaq.Benzinin bahalanması aviasiya yanacağının da qiymətinin qalxması deməkdir və bu da səyahətçilərə təsirsiz ötüşməyəcək. Bundan başqa plastik materiallar, təbii qaz və elektrik tarifləri də qalxa bilər.

DİGƏR AMİLLƏR

Məqalədə deyilir ki, İranın sanksiyalara necə reaksiya verəcəyindən, Kürdüstan və Türkiyədən nefti qaçaqmal yoluyla keçirmək bacarığından çox şey asılıdır. İran Fars Körfəzindən gələn neftin əsas nəqliyyat yolu olan Hörmüz boğazını bağlamaqla hədələyərsə, qiymətlər qalxacaq. Səudiyyə Ərəbistanı, yaxud İsrailə qarşı hər hansı hərbi hərəkət, yaxud kiberhücum da oxşar nəticə göstərər. Yəməndə münaqişənin qızışması neft nəqlinin digər nöqtələrinə də təhlükə yarada bilər.

Bəzi ekspertlərin fikrincə, neftin bahalanmasını önləmək üçün dünyada yetərincə neft təchizatı var.

Saudi Aramco-nun keçmiş vitse-prezidenti Sadad Ibrahim al-Husseini deyir ki, İrana sanksiyaların neftin qiymətinə heç bir təsiri olmayacaq. “OPEC daxilindən və Rusiyadan yeni təchizat gəlir, Braziliyada mərhələli ofşor hasilat, şist nefti gələn illər ərzində neftə tələbatın istənilən səviyyəsini ödəyəcək”, – o deyib.

Barclays təhlilçilərinin proqnozuna görə, Brent neftinin bareli gələn il ortalama 72 dollara, yəni indiki həddə yaxın satılacaq. Qərbdə bəzi başqa ekspertlərsə qiymətin bundan baha olacağını deyir.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook