“Nar”dan Bayraq Günü münasibəti ilə abunəçilərinə hədiyyə

08 noyabr 2018
“Nar”dan Bayraq Günü münasibəti ilə abunəçilərinə hədiyyəHər zaman milli dəyərlərə diqqəti ilə seçilən “Nar” Dövlət Bayrağımızın yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq, sosial mediada müsabiqə elan edir.

Müsabiqədə iştirak edən bütün abunəçilərə mobil operator tərəfindən 100 şəbəkədaxili dəqiqə hədiyyə ediləcək. İştirak etmək üçün istifadəçilər “Nar”-ın “Facebook” və “İnstagram” səhifələrində #bayrağım və #ilovenar haştaqı ilə şəkil paylaşmalıdır. Şəkil hamı üçün açıq olmalıdır.

Müsabiqə noyabrın 8-i saat 17:00-da başlayır və noyabrın 11-i saat 18:00-da yekunlaşacaq. Nəticələr noyabrın 12-də elan ediləcək. Qazanılan bonuslar “Nar” nömrələrinə 12-15 noyabr tarixlərində yüklənəcək. Bonuslar nömrəyə yüklənən andan etibarən bir həftə ərzində aktiv olacaq.

Əlavə olaraq, müsabiqədə iştirak edənlər arasında təsadüfi seçim nəticəsində 20 nəfərə “Nar” tərəfindən Bayraq Günü üçün hazırlanmış xüsusi hədiyyə də veriləcək.

“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook