"Qarabağ" Ukraynada "Vorskla"nı məğlub etdi: azarkeşlər bir-birinə girdi, işə polis qarışdı

09 noyabr 2018
 "Qarabağ" Ukraynada "Vorskla"nı məğlub etdi: azarkeşlər bir-birinə girdi, işə polis qarışdıÖtən gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.

Savash.org-un xəbərinə görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.

Ağdam təmsilçisi Ukraynada “Vorskla”nın qonağı olub. Bakıda bu rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası Poltavada məğlubiyyətin əvəzini çıxmağı bacarıb. 1:0 hesabı ilə qalib gələn "Qarabağ" qrupda ilk qələbəsini qazanıb. Qolun müəllifi Araz Abdullayev olub. O, Avroliqanın qrup mərhələsinin 4-cü turunda hazırda davam edən "Vorskla" ilə səfər oyununun 13-cü dəqiqəsində penaltidən fərqlənib.

Bu, Arazın "Qarabağ"la avrokuboklarda vurduğu ilk qol olub.

 "Qarabağ" Ukraynada "Vorskla"nı məğlub etdi: azarkeşlər bir-birinə girdi, işə polis qarışdı"Vorskla" - "Qarabağ" matçında gərgin anlar da yaşanıb. Belə ki, oyunda iki məcburi fasilə yaranıb.

Buna yerli azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi, onları meydana atması səbəb olub. 50-ci dəqiqədə baş verən hadisələrdən sonra görüşün hakimləri görüşü bir neçə dəqiqəlik dayandırmaq məcburiyyətində qalıb.

Oyun bir neçə dəqiqədən sonra davam etdirilib.

65-ci dəqiqədə isə "Qarabağ" azarkeşlərinin olduğu sektorda partlayış səsləri eşidilib. Meydana yandırıcı maddələrin düşməsi nəticəsində referi matçı yenidən dayandırıb.Bu dəfə hakim futbolçuları meydandan çıxarıb. Komandalar paltardəyişmə otaqlarına yollanıblar. Stadionu isə tüstü bürüyüb. Stadionda xəbərdarlıq anonsu verilib. Təxminən 8 dəqiqə sonra komandalar meydana qayıdıblar və matç yenidən davam etdirilib.

Matçın uzatma dəqiqələrində isə meydan sahiblərinin azarkeşləri bir-biri ilə dalaşıb.

Araya girən stüardlar münaqişəni tezliklə aradan qaldırıblar. Polislər insident iştirakçılarını stadiondan kənarlaşdırıblar.

Görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook