Zamirə Hacıyevanın ifadəsi üzə çıxdı – “Bu, ərimin…”

10 noyabr 2018
Zamirə Hacıyevanın ifadəsi üzə çıxdı – “Bu, ərimin…”Son 10 ildə Londonun məşhur univermağı “Harrods”da 35.85 milyon manat xərclədiyi üçün Böyük Britaniyada mühakimə edilən Zamirə Hacıyevanın Ali Məhkəməyə verdiyi ifadəsi üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs edilən iki gün sora isə ev dustaqlığına buraxılan Zamirə Hacıyeva məhkəməyə şahid qismində verdiyi ifadəsində bunları deyib:

“Ərim 2009-cu ildə əhəmiyyətli şəxslərdən biri idi. 1997-ci ildə evləndiyimizdə çox yaxşı işlər görmüşdü və 1990-cı illərin əvvəllərindən bu yana böyük sərmayə və sərvət toplayıb.

Əmlakın satın alınmasına gəlincə, bu ərimin öhdəliyi idi. Mənim əmlakım, ailə evimizin satın alınması üçün yerinə yetirilən ödənişlərdən, ödənişin mənbəyindən və ya hər hansı digər detallarından xəbərim yoxdur”.

Qeyd edək ki, hazırda Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevanın həyat yoldaşının Azərbaycana ekstradisiyası ilə bağlı müzakirələr gedir.
Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook