Abşeronlu gənclər Bursada bayraq yürüşü keçirdilər - FOTO

11 noyabr 2018
Abşeronlu gənclər Bursada bayraq yürüşü keçirdilər - FOTOAbşeronlu gənclər tərəfindən Türkiyəninin Bursa şəhərində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib.

Yürüşdən əvvəl iştirakçılar Uludağın ətəyində yerləşən Heydər Əliyev Parkını ziyarət edərək, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Bursa Uludağ Universitetindən “Bayraq yürüşü”nə başlayan yüzlərlə Azərbaycanlı tələbələr Bursanın mərkəzi meydanında yürüşü başa çatdırıblar.

Yürüş boyunca iştirakçılar “Üç rəngli bayrağımız heç zaman enməz!”, “Dövlət müstəqilliyimiz əbədi, dönməz və sarsılmazdır!”, “Yaşasın müstəqil və azad Azərbaycan!” şüarları səsləndiriblər.

Yürüş iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar

Bu münasibətlə məşhur “Bursa Meydanı”-da keçirilmiş tədbiri Bursa Uludağ Universitetinin tələbəsi Zəka Nəsirzadə giriş sözü ilə açaraq, ölkəmizin müstəqillik tarixi haqda ətraflı danışıb, üçrəngli bayrağımızın 100 illik tarixi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edildiyini deyib:
“Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə edib. Bu ilk dəfə 1918-ci ildə müsəlman dünyasında ilk demokratik dövlətin qurulması ilə mümkün oldu.Və bu bayraq ilk dəfə həmin dövlətin bayrağı oldu. Bu bayraq 1990-cı ildə Sovet İttifaqının süqutu ərəfəsində ilk dəfə milli Lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında muxtar respublikanın bayrağı kimi təsdiq edildi, 1991-ci ildə isə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı kimi öz təsdiqini tapdı”.

Yürüşün sonunda maraqlı məqamlardan biridə Abşeronlu gənclər -Təmraz Həsənov və Zəka Nəsizrzadə tərəfindən 200-dən çox Bursa sakininə masaüstü istifadə üçün nəzərdə tutulmuş ölkəmizin bayrağının hədiyyə edilməsi olub.

Qeyd edək ki, 2008-ci ilin iyun ayında Bursa bələdiyyəsi ilə Abşeron Rayon İcra Hakimiyyəti arasında “Qardaş şəhərlər”in elan olunması haqqında razılaşma əldə olunub.
Xəbəriniz olsun

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

06.12.2018 - Azərbaycanda “qızıl medallı şagird” burulğanı: söhbət əslində nədən gedir

06.12.2018 - Hüseyn Bağırov babası Mircəfər Bağırovun Müşfiqi öldürməsidən danışdı

06.12.2018 - Nazirlər razılaşdılar, amma nəticə yoxdur - 3 saatlıq Milan görüşü

05.12.2018 - "Samir Şərifov nə demək istədiyini..." - İqtisadçı alimdən maliyyə nazirinə cavab

05.12.2018 - Əli Həsənov: "Məmurun ana dilini bilməməsi onun qəbahətidir"

Facebook