"İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15 noyabr 2018
"İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz"Milli Məclisin televiziyası olmalıdır. Belə olan halda, burada baş verənlər daha dolğun şəkildə cəmiyyətə çatdırılar. Bir müddət öncə himnlə bağlı çıxış etdim. Burada çıxış edən zaman deputat statusuma uyğun olaraq bütün məsələlər barədə fikirlərimi bildirməyə səlahiyyətli şəxs kimi deyil, sanki öz müdafiə hüququmu həyata keçirən müttəhim kimi danışıram. Hamı mənə baxır və deyir ki, bunun danışmağa üzü də var. Himnlə bağlı çıxışımı elə vəziyyətə qoydular ki...”

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

T.Kərimli qeyd edib ki, çıxışından sonra saytlarda tənqid və təhdid olunub: "Sabah üçüncü qüvvə bundan istifadə edib, mənə qarşı hər hansı tədbir görəndə, bilmirəm kimlərinsə ürəyi sızlayacaq, ya yox?

Bu il deputatı olduğum seçki dairəsində 17 kənddə görüş keçirmişəm. İndi mən Ağsu rayonunda camaatın arasına necə çıxım? Demədiyim sözləri adıma yazdılar, nə günə qoydular... Milli Məclisin televiziyası olarsa, bu hallar baş verməz”.

Report
Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook