Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16 noyabr 2018
Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLARBir neçə gün əvvəl Bakı şəhərinin Sabunçu rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatları üzə çıxıb.

Savash.org Publika.az-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən 32 yaşlı Murad Quliyev Qəbələ rayon sakini, 27 yaşlı Elnur Abdullayev tərəfindən qısqanclıq zəminində öldürülüb.

Məlumata görə, əvvəllər 2 dəfə evil olmuş və hər iki həyat yoldaşından boşanan Murad internet vasitəsi ilə Qəbələ sakini olan və 2 uşaq anası olan qadınla tanış olub. Gənc qadınla Murad arasında isti münasibətlər yaranıb və o, uşaqlarını Qəbələdə ataraq Bakıya gəlib. Burada Muradla həmin qadın 2 aya yaxın birgə yaşayıblar. Daha sonra onlar birgə Qəbələyə gediblər. Məqsəd isə qadının rəsmi nikahda olduğu şəxsdən boşanmaq üçün məhkəməyə müraciət etmək olub.

Lakin Qəbələdə olarkən qadının ailə üzvləri onun Muradla Bakıya qayıtmağına icazə verməyib və həmin şəxsin el adət-ənəsi ilə gəlməsini istəyib.

Bundan sonra Murad Quliyev Bakıya gəlib. Lakin o, qeyri-rəsmi münasibətdə yaşadığı qadının ailəsinin istədiyi kimi etməyib və onlarla əlaqəni tamamilə kəsib.

Bu səbəbdən də qadının qardaşı Elnur Abdullayev özü ilə bıçaq götürərək Bakıya yola düşüb. O, paytaxtda 2 gün ərzində Muradı axtarıb və nəhayət onu Zabratda işlədiyi avtoyuma məntəqəsində tapıb. Gənc oğlan bacısını aldatmış şəxsə hücum edərək bıçaqla ona 10-dan artıq zərbə endirib. M.Quliyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbəriniz olsun

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

06.12.2018 - Azərbaycanda “qızıl medallı şagird” burulğanı: söhbət əslində nədən gedir

06.12.2018 - Hüseyn Bağırov babası Mircəfər Bağırovun Müşfiqi öldürməsidən danışdı

06.12.2018 - Nazirlər razılaşdılar, amma nəticə yoxdur - 3 saatlıq Milan görüşü

05.12.2018 - "Samir Şərifov nə demək istədiyini..." - İqtisadçı alimdən maliyyə nazirinə cavab

05.12.2018 - Əli Həsənov: "Məmurun ana dilini bilməməsi onun qəbahətidir"

Facebook