"Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20 noyabr 2018
"Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi"Gürcüstan borcları silir, Azərbaycan isə vaxtı keçmiş kreditlərə görə hələ də əlavə faizlər hesablayır və cərirmələr kəsir”.

Bu fikirləri iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.

O, xatırladır ki, Gürcüstan hökuməti 600 mindən çox vətəndaşın banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına olan 564 milyon dollaradək borclarının silinməsinə qərar verdi: "Bu qərar gələn ayın 15-dən 31-dək hakim partiyaya yaxın olan Carty fondu tərəfindən icra olunacaq. Gürcüstanın belə bir qərar verməsi daxildəki siyası durumla əlaqəli olsa da, istənilən halda aşağı məbləğli borc vəsaitlərin silinməsi praktikası baxımından Azərbaycan üçün də maraq kəsb edə bilər. Odur ki, bu məsələni yenidən gündəmə gətirmək istərdim”.

Ekspert vurğulayıb ki, dəfələrlə təkliflər irəli sürülməsinə baxmayaraq, Azərbaycan hökuməti hələ də vaxtı keçmiş borcların məhkəmələr vasitəsilə həllinə çalışır və mövcud problemin çözülməsi istiqamətində heç bir addım atmır: "Hesab edirəm ki, Azərbaycanda da məbləği 5000 minə qədər olan borcların silinməsi hazırda getdikcə yoğunlayan borc probleminin həllinə, eləcə də borcluların sosial-iqtisadi proseslərdə iştirak imkanlarına əhəmiyyətli töhfə olardı. Məlumat üçün qeyd edim ki, rəsmi məlumatlara görə Azərbaycanda problemli kreditlərin həcmi 1,8 milyard manat, qeyri-rəsmi məlumatlara görə 3 milyard manatdan çoxdur. Bu məbləğ hər ay artır. Odur ki, hesab edirəm ki, ilk növbədə hökumət bu borcların təsnifatını açıqlamalı, sonra isə 5 min manata qədər olan hissə ayrıca təsnif olunaraq, silinməlidir”.
Xəbəriniz olsun

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

06.12.2018 - Azərbaycanda “qızıl medallı şagird” burulğanı: söhbət əslində nədən gedir

06.12.2018 - Hüseyn Bağırov babası Mircəfər Bağırovun Müşfiqi öldürməsidən danışdı

06.12.2018 - Nazirlər razılaşdılar, amma nəticə yoxdur - 3 saatlıq Milan görüşü

05.12.2018 - "Samir Şərifov nə demək istədiyini..." - İqtisadçı alimdən maliyyə nazirinə cavab

05.12.2018 - Əli Həsənov: "Məmurun ana dilini bilməməsi onun qəbahətidir"

Facebook