Rza Rzayev: "Əliylə qeyri-etik hərəkətlər göstərirdi..."

22 noyabr 2018
Rza Rzayev: "Əliylə qeyri-etik hərəkətlər göstərirdi...""Tural Mirzəliyev qadınları başına yığaraq məhkəmənin qarşısına toplaşır, biz tərəfdən kiməsə tüpürür, söz atırlar. O isə xanımların arxasında gizlənir. Axı T. Mirzəliyev məhkəməyə şahid qisminə çağırılmayıb. Onun məhkəmə qarşısında nə işi var?"

Anews.az bildirir ki, bu sözləri aktyor Rza Rzayev "Yeni Müsavat"ın feysbuk səhifəsinin canlı yayımına qonaq olarkən deyib.

R. Rzayev 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevlə davasının təfərrüatından danışıb:

"Biz ötən günü yenə məhkəmə qarşısında idik. Biz ora gələn zaman hər zaman Tural və xanımlar məhkəmənin qarşısına toplaşırlar. Tural təhrik edir, əliylə qeyri-etik hərəkətlər göstərir. Keçən həftə məhkəməyə gələndə bunun şəklini çəkdim, o mənə ikrahla dedi ki, gəl yaxından çək. Daha sonra mən ona dedim ki, məhkəmədən sonra söhbət edərik. Tural bəy məhkəmədən çox narahatdır, onun qeyri-qanuni əməlləri ortaya çıxır və belə hərəkətlərlə söhbəti ört-basdır etmək istəyir. Dünən isə yenə eyni hadisə yaşandı, şəkillər çəkildi. Mən ona dedim ki, iş vaxtı burada nə işin? Söylədi ki, valideynlərə dəstək olmaq üçün gəlib. 8 iş günü buraxırsan, gəlib məhkəmələrin qarşısında gözləyirsən, həmin xanımları təlimatlandırırsan".

Aktyor qalmaqalın söyüşə görə baş verdiyini qeyd edib: "O, ağsaqqaları üstümə tapşırıq üçün göndərir, orda isə belə hərəkətlər edirdi. Sonra söyüş söydü, söyüşün bədəlini ödəyəcək. Heç bir Azərbaycan kişisi o fikri öz üzərinə götürməz. Mən onun hərəkətlərinə dözürdüm. Amma bu dəfə alçaqcasına ifadələr işlətdi, münaqişə yarandı. Yaxındakı qaynı da söyüş söydü. Bundan sonra dava yarandı. Onlar iki nəfər idi, mən isə tək! Qaynı əlini cibinə atdı, elə bilim ki, soyuq silahı var. Elə də böyük dava olmayıb. Ağır xəsarətlər yetirilməyib. Bu davadan sonra məhkəmə zalına gəldi. Məhkəmə də onu zaldan bayıra çıxardılar. 25-ci polis bölməsinə getdik, 3-4 saat orada olduq. Ona ağır xəsarətlər yetirilməyib ki, xəstəxanada yatsın. Polis bölməsində izahat alınan vaxtı bayırda səs-küy qopdu. Mənim qohumlarımla onun qaynı arasında dava oldu. Qaynı dostunu çağırıb, ona soyuq silah verib və həmin şəxs də bıçaqla yaxınlarma hücum edib".

Bundan əlavə, Rza Rzayev mübahisə zamanı sağ qolunun əzildiyini vurğulayıb.
Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook