Moskvanın Ukrayna ilə hərbi münaqişəyə ilk reaksiyası

26 noyabr 2018
Moskvanın Ukrayna ilə hərbi münaqişəyə ilk reaksiyası
Rusiya XİN başçısının müavini Qriqori Karasin Kerç boğazında baş verənləri Ukraynanın məqsədi Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək olan təxribatı adlandırıb.

“Təxribatın məqsədləri aydındır – hərbi vəziyyət elan etməklə Ukraynanı çalxalamaq, Qərbdə anti-Rusiya əhval-ruhiyyəsini səfərbər etmək, Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək”, - virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Karasin deyib.

O həmçinin əlavə edib ki, bu münaqişə Pyotr Poroşenkonun seçkiqabağı kampaniyasının aparılmasını yüngülləşdirəcək. Ukraynada prezident seçkiləri 2019-cu ilin mart ayının 31-də keçiriləcək.

Xatırladaq ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti üç Ukrayna hərbi gəmisinin əvvəlcədən sifariş verilmədiyi üçün Kerç boğazına daxil olmasına imkan verməyib. Sonradan həmin gəmilər ələ keçirilərək, Kerçə gətirilib. Ukrayna Hərbi-Dəniz Qüvvələrinin komandanlığının fikrincə, bu zaman altı nəfər yaralanıb.

Kerç boğazında baş vermiş hadisəyə görə Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə 60 sutka müddətinə hərbi vəziyyət elan edilməsi barədə təklif irəli sürüb. Ukrayna ordusu tam döyüşə hazırlıq vəziyyətinə gətirilib.
Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook