Əli Kərimlinin qohumunun güllələnməsi haqda rəsmi məlumat

26 noyabr 2018
Əli Kərimlinin qohumunun güllələnməsi haqda rəsmi məlumat Daxili İşlər Nazirliyi (DİN) kriminal avtoritetin güllələnməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, noyabrın 25-də saat 2 radələrində Saatlı rayonunun Azadkənd kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Oqtay Əkbərovun baş nahiyəsində güllə yarası olan meyitinin idarə etdiyi “BMW” markalı avtomobilində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Birgə keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən O.Əkbərovun qardaşı oğlu, Azadkənd sakini Saleh Əkbərov saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “İJ-58” markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, mətbuatın yaydığı məlumata görə, O. Əkbərov kriminal avtoritetdir.

Savash.org xatırladır ki, azvision.az saytı öldürülən kriminal avtoritetin AXCP sədri Əli Kərimlinin qohumu olması barədə məlumat yayıb.
Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook