Arif Əsgərovun baldızı oğlu 4 gündür axtarışdadır - anası öldürüldüyünü iddia edir

27 noyabr 2018
Arif Əsgərovun baldızı oğlu 4 gündür axtarışdadır - anası öldürüldüyünü iddia edirArif Əsgərovun digər baldızı oğlunun məhkəməsi davam edir. O da ddigər qardaşı kimi dələduzluqda ittiham edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə sonuncu məhkəmə iclasında hakim Mirzə Xankişiyev onunu həbs efilməsi ilə bağlı qərar çıxarıb.

Buna səbəb ev dustaqlığında olan Rahib Hüseynovun məhkəməyə gəlməməsi olub.

Rahib Hüseynova son söz deməli, məhkəmə hökm çıxarmalı idi.

Amma R.Hüseynovun axtarışa verilməsindən 4 gün keçir. R.Hüseynovun valideynləri də ondan xəbərsizdir. R.Hüseynovun anası oğlunun öldürüldüyünü, ya da oğurlandığını iddia edir. R.Hüseynovun anası bir neçə gündür bacısının həyat yoldaşı olan Arif Əsgərovun villasının qarşısına getsə də, onu qəbul edən, görüşmək istəyən yoxdur.

Xatırladaq ki, dövlət ittihamçısı Rahib Hüseynov barəsində polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilməsini, 10 il azadlıqdan məhrum edilərək məhkəmə zalından həbs edilməsini istəyib.

Bildirək ki, Rahib Hüseynov məhkəməyə gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd etdiyi kitabları təqdim edib.

Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Alınan pullarla Arif Əsgərovun oğlu dəmiryolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib.

Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, "qara mühasibatlıq" işinə də R.Hüseynov nəzarət edib.

Məhkəməyə əlavə şahid kimi çağırılan şəxslər adı kitablarda çəkilənlərdir.

R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.

Təqsirləndirilən Hüseynov dryir ki, ona qarşı irəli sürülən bütün ittihamlar əsassızdır. Çünki qeyd edilən bütün işləri Elnar Əsgərov edib. Ayrı-ayrı şəxslərdən külli miqdarda pullar alınçası, onlara faizlər verilməsi, xaricdən gətirilən malların dövlətə baha qiymətə satılması və digər işlər Elnar Əsgərovun nəzarətində olub. Rahib Hüseynov isə Elnarın "qara mühasibat"lığına nəzarət edib. Pullar bir neçə dəfə Rahib Hüseynov vasitəsi ilə alınıb. Maraqlıdır ki, Elnar şəxsən özünün aldığı pulları geri qaytarıb, amma Rahib Hüseynov vasitəsi ilə ona çatdırılan pulları ödəməkdən imtina edir. Bildirir ki, həmin pullar Rahib Hüseynov tərəfindən ələ keçirilib.

Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul almaqda ittiham edilir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib və onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il azadlıqdan məhrum edilmə cəzası çıxarılıb və məhkəmə zalında həbs edilib.

Bildirək ki, Hüseynov qardaşları Arif Əsgərovun baldızı oğludur.

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb.

Bu işdə də Arif Əsgərovun oğlu Elnar Əsgrovun da adı keçir. O, bir müddət ölkəni tərk etmişdi. Lakin sonradan Bakıya qayıdaraq məhkəmə prosesində şahid kimi ifadə vermişdi. O, bu işlərdə Hüseynov qardaşlarını ittiham edərək özünü məsuliyyətdən kənara qoymağa çalışmışdı.
Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook