Azərbaycanda polisə balta ilə hücum etdilər - RƏSMİ AÇIQLAMA

27 noyabr 2018
Azərbaycanda polisə balta ilə hücum etdilər - RƏSMİ AÇIQLAMADaxili İşlər Nazirliyi (DİN) Biləsuvarda polisin əməliyyat zamanı baltalanması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə cavabında bildirib ki, Biləsuvar rayonunun Aşağı Cürəli kəndində polis əməkdaşları heç bir əməliyyat tədbiri keçirməyiblər: “Sadəcə rayon məhkəməsindən daxil olmuş qərardadın icrası ilə əlaqədar polis əməkdaşları noyabrın 23-də səhər 10 radələrində həmin kənd sakini Rauf Şahbazovun yaşadığı evin qarşısına gəliblər. Polis həyətə daxil olmaq istəyərkən Rauf Şahbazov və qardaşı Rəşad onlara balta ilə müqavimət göstəriblər. Əməkdaşların peşəkarlığı və ayıq-sayıqlığı nəticəsində Rauf Şahbazov və qardaşı zərərsizləşdirilib. Bu zaman asayiş keşikçilərindən biri yüngül xəsarət alıb. Həmin əməkdaş xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb”.

O. Mansurzadə həmçinin qeyd edib ki, Rauf və Rəşad Şahbazov qardaşları polis tərəfindən saxlanılıb, onlardan 2 ədəd balta maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.(Report)
Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook