Paşinyanla erməni kilsəsi arasında qalmaqal böyüyür

27 noyabr 2018
Paşinyanla erməni kilsəsi arasında qalmaqal böyüyür
“Kilsə heç vaxt hakimiyyətin əlavəsi olmayıb”.

Bunu Eçmiədzin kilsəsinin aparıcı din xadimi Vaqram Melikoyan Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın erməni kilsəsinin hakimiyyətin əlavəsi olması barədə fikirini şərh edərkən deyib.

V.Melikoyan kilsənin ermənilərin və Ermənistanın həyatında oynadığı aparıcı rolu da vurğulayıb.

Qeyd edək ki, N.Paşinyan Eçmiədzin kilsəsinin fəaliyyətindən danışarkən deyib: “Respublikaçılar Partiyası milli-mənəvi dəyərlərdən bəhs edir. Ancaq kilsə onların hakimiyyəti dövründəki qədər heç vaxt ləkələnməyib. Bundan başqa kilsə hakimiyyətin əlavəsi olub”.

Xatırladaq ki, bir müddət əvvəl Tehrandakı erməni kilsəsinin başçısı, arxiyepiskop Sepux Sarkisyan da Nikol Paşinyanın əleyhinə çıxış etmişdi. Bundan başqa parlament katolikosun mühafizəsi haqqında qanun layihəsini qəbul etməyib.(“Report”)
Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook