Baş nazir gömrüklə bağlı qərarı dəyişdi - Fiziki şəxslər ölkəyə nə qədər araq və siqaret gətirə bilər?

27 noyabr 2018
Baş nazir gömrüklə bağlı qərarı dəyişdi - Fiziki şəxslər ölkəyə nə qədər araq və siqaret gətirə bilər?Baş nazir Novruz Məmmədov "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda dəyişikliklərlə bağlı qərar verib.

Savash.org Nazirlər Kabinetinə istinadən xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1223; 2015, № 4, maddə 464, № 5, maddə 624; 2016, № 1, maddə 177, № 7, maddə 1347; 2017, № 9, maddə 1756) ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və
sadələşdirilmiş Qaydaları”nın 2.1.10-cu yarımbəndində "3” rəqəmi "1,5” rəqəmi ilə və "600” rəqəmi "200” rəqəmi ilə əvəz edilib.

Başqa sözlə desək, fiziki şəxslər hər bir fiziki şəxs əvvəl ölkəyə rüsum ödəmədən gömrük sərhədindən 3 lirt spirtli içki keçirə bilərdisə, bundan sonra 1.5 litr spirtli içki, eyni zamanda, rüsum ödəmədən 600 ədəd siqaret keçirə bilərdisə, bundan sonra 200 siqaret keçirə biləcək.
Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook